Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 İyul 11:31
Şərh Yoxdur
2401

Mənzillərimiz necə olmalıdır? – Quranın nəzəri

Ustad Qiraətinin buyurduqlarından bəlli olur ki, Quranın məskən barəsində dəqiq nəzərləri vardır.

Quranın nəzərində münasib olan məkan necə olmalıdır?

 

1. Rahatlıq yeri olmalıdır. “Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi”. (“Nəhl” 80).

 

Yəni, qaldığımız məkan elə olmalıdır ki, bizə hüzur gətirsin. Bayırın səs-küyündən uzaq olsun və ruhumuzu rahatlada bilsin.

 

2. Örtülü olmalıdır. Çox təəssüf ki, bu gün bina evlərində yaşayan insanların həyatları bir-birindən gizli və örtülü deyildir. Çünki bəzən insan həyası əldən gedir. Halbuki, ev həm həyanın və həm də iffətin qoruyucusu olmalıdır. Başqa insanlar daxildə baş verənlərdən xəbərdar olmamalıdır.

 

3. Qapılar üzbəüz olmamalıdır. Quranın nəzərinə görə, evin otaqlarının qapıları bir-birindən uzaq olmalıdır. Uşaq öz otağına girmək üçün ata və anasının otağından keçməli deyildir.

 

4. Mətbəx. İslamın nəzərinə görə, mətbəx aşkar yerdə olmalı deyildir. Elə yerdə olmalıdır ki, evin xanımı öz iffətini qoruya bilsin.“Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi”. (“Zariyat” 26). Yəni, mətbəx gözdən uzaqda olmalıdır ki, qonaq orada nə bişdiyini görməsin.

 

5. Ayaq yolunun yeri. İslamın nəzərinə görə, ayaq yolu evin görünməyən yerində olsa, daha yaxşı olar. Ancaq bina evində yaşayan insanlar üçün bu, bəzən çətin olur. İmam Sadiq (ə) bu haqda buyurur: “Məgər görmürsən ki, insanın inşa etdiyi ən gözəl ev odur ki, ayaq yolu evin ən gizli yerində olar?”.

 

6. Evin genişliyi. İslamın nəzərinə görə, ev o qədər geniş olmalıdır ki, ev əhli üçün rahat olsun. Qonaq qəbul edən zaman darlıq hiss olunmasın. İmam Sadiq (ə) buyurur: “Hər kim evini ehtiyacından böyük inşa edər, Qiyamət günü onu həml etməyə vəzifələndirilər”.

 

İmam Əli (ə) buyurur: “Əgər mömin dünyada axirəti ardınca olarsa, gərək özü üçün geniş ev inşa etsin ki, orada qonaqlıq verib, sileyi-rəhm etsin. O evdə Allahın və insanların haqqını əda etsin”. (Tebyan/Deyerler)

 

7. Təmtəraqdan uzaq. Quran və hədislərimiz evin sadə olmasını tövsiyə edir və təmtəraqdan uzaq olmağı məsləhət görürlər. Evin sadə olması insan ruhunu rahatladar və əlavə təşvişlərdən uzaq saxlayar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..