Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 İyun 04:16
Şərh Yoxdur
3739

Bu gün Həzrət İmam Əlinin (ə) şəhid edildiyi gündür

Bu gün, Ramazanın 21-i, Həzrəti Əlinin (ə) şəhid olan günüdür. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb.

Hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb.

Bu gün Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda məsum İmamın şəhid olan günü kimi də tarixə düşüb.

Bununla əlaqədar, Azərbaycanın müsəlman əhalisi də məscidlərdə Qədr gecəsinin ibadətlərini yerinə yetirməklə yanaşı, imamları üçün əzadarlıq məclisləri keçiriblər. Əza məclislərində İmam Əlinin (ə) saysız hesabsız fəzilətlərindən və islam dini yolunda göstərdiyi xidmətlərdən danışılıb.

Həzrət  imam Əlinin (ə) şəhadəti ilə əlaqədar bütün dünya müsəlmanlarına başsağlığı veririk.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur. Misirli susur.... Davamı..

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..