Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Noyabr 11:00
Şərh Yoxdur
4841

Möminlərin ruhları ölümdən sonra hansı simada olar?

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ölsə, onun Qiyaməti bərpa olar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “İlahi övliyalar ölmürlər, lakin bir evdən başqasına köçürlər”.

Hədislərin bəzisində oxuyuruq ki, bərzəx aləmi dünyanın qalan işlərini tamamlayar. Belə ki, o mömin ki, nəfsindən ayrılmış və lakin hələ kamala çatmamışdır, bərzəx aləmində kamil olar. Qiyamət günü öz həqiqi kamalı ilə məşhur olar. Nəql edilir ki, dünyasını dəyişən mömin uşaqları bərzəxdə Həzrət İbrahim (ə) və ya Həzrət Zəhra (s.ə) tərəfindən tərbiyə alarlar.

Şeyx Səduq “Əmali” kitabında Həzrət Peyğəmbərin (s) meracından nəql edir: “Peyğəmbər (s) meraca gedən zaman yolu bir ağacın altında əyləşən qoca kişinin yanından keçir və onun ətrafına uşaqlar toplaşmışdılar. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Cəbrayil! Bu qoca kişi kimdir?”. Cəbrayil (ə) deyir: “Bu Şeyx – sənin atan İbrahimdir (ə)”. Peyğəmbər (s) soruşdu: “Bəs bu uşaqlar onun ətrafında nə edirlər?”. Cəbrayil (ə) buyurdu: “Bunlar möminlərin uşaqlarıdır ki, Həzrət İbrahim (ə) onlara yemək verir”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, bizim möminlərin uşaqlarını Həzrət Zəhra (s.ə) tərbiyə edir”.

Dünyadan köçən hər bir mömin bərzəx aləmində bərzəxlilərin şəklində zahir olar. Kafirlər şeytanlar kimi olarlar. Möminlərin siması insan siması kimidir, başqa cür deyildir.

Şeyx Tusi, İbni Zəbyandan nəql edir: “Mən Həzrət İmam Sadiqin (ə) xidmətində olanda Həzrət (ə) buyurmuşdu: “İnsanlar dünyasını dəyişmiş möminlərin ruhları haqqında nə deyirlər?”. Dedim: “Onlar deyirlər ki, öləndən sonra yaşıl rəngli quşların çinədanlarında qərar tutarlar”. Həzrət (ə) buyurdu: “Sübhənallah! Mömin Allah yanında ondan da əzizdir ki, ruhunu bir quşun çinədanında qərar versin. O zaman ki, möminin vəfat vaxtı gəlib çatar, Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Zəhra (s.ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) möminin yanına gələrlər. Onlarla bir yerdə Allahın ən yaxın mələkləri olar. Əgər Allah möminin dilini Allahın tövhidinə, Peyğəmbərin (s) nübuvvətinə, Əhli-beytin (ə) vilayətinə şəhadət vermək üçün açarsa – Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Zəhra (s.ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) də şəhadət verərlər və yaxın mələklər də onların şəhadət gətirdiklərinə şəhadət verərlər. Əgər möminin dili o halda bağlanarsa, Allah Öz Peyğəmbərini (s) həmin mömindən agah edər, Peyğəmbər (s) ona şəhadət verər və Peyğəmbərin (s) bu şəhadətlərinə görə İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) də şəhadət verərlər. Orada olan mələklər də şəhadət verərlər. Allah həmin möminin ruhunu Özünə tərəf qəbz edər və həmin ruhu behiştə aparar. Həmin möminin siması kimi bir simada qərar verər və (o mömin) behiştdə yeyər və içər. Onun yanına dünyadan təzə bir ruh gəlsə, onu dünyada olduğu kimi tanıyar”.

İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları behiştdə ağacın altında bəşər cismi sifətində olarlar. Bu yolla bir-birini tanıyarlar və bir-biri ilə söhbət edərlər. Onların yanına yeni ruh gələndə, deyərlər: “İndi ona sual verməyin, çünki böyük və qorxulu məqamdan nicat tapmışdır”. Sonra ona suallar verərlər ki, filankəs nə edir?”. Əgər cavabında desə ki, o, sağdır, ruhlar ona xeyir və rəhmət ümid edərlər. Əgər desə ki, həlak olubdur, ruhlar deyərlər: “Alçaqlığa əqidə bəsləyib”. Çünki əgər behişt əhli olsaydı, onlarla bir yerdə olardı. Onların yanına gəlmədiyinə görə məlumdur ki, cəhənnəmə getmişdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..