Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 May 09:10
Şərh Yoxdur
4198

Həzrət Məhəmməd (s): “Oruc od qarşısında bir sipərdir”

“Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.”[1]

 

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub: “Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.”[2]

Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.[3]

“Oruc tutun ki, sağlam olasınız.” [4]

“Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.”[5]

“Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar.” [6]

“Oruc od qarşısında bir sipərdir.”[7]

 

Xanım Fatimeyi Zəhra (s.ə) buyurub: “Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.” [8]

İmam Baqir (ə) buyurub: “Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.” [9]

 

İmam Sadiq (ə) buyurub: “Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.”[10]

“Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.”[11]

Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir” [12]

 

www.ahliman.info

[1] Bəqərə, ayə 183

[2] Kənzul-Ummal, hədis 23610

[3] Fəzailuş-Şəhrus-Səlasəti, c.75, səh.57

[4] əl-Dəvat, səh. 76 , hədis179

[5] Səvabul-Əmal, səh.75 , hədis1

[6] Səvabul-Əmal, səh. 77 , hədis1

[7] əl-Kafi, c.4, səh. 62 , hədis1

[8] Biharul-Ənvar, c.96, səh. 368 , hədis4

[9] Əmali-Tusi, hədis 296 , hədis582

[10] əl-Kafi, c.4, səh. 63 , hədis6

[11] əl-Fəqih, c.2,cəh.76, hədis1783

[12] əl-Kafi, c.4, səh. 65, hədis15

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..