Həzrət Süleyman (ə) uçan miniyi ilə hərəkət edirdi. Quşlar başının üstündə kölgə salırdılar. Cinlər və insanlar hər iki tərəfindən hərəkət edirdilər. Süleyman (ə) Bəni-İsrayilin abidlərinin birinin yanından keçir və abid deyir: “Davudun oğlu! Allaha and olsun ki, Allah sənə böyük mülk əta etmişdir”.
Süleyman (ə) buyurur: “Möminin əməl dəftərində olan bir təsbih Davudun (ə) oğluna zahirdə verilən şeylərdən daha üstündür. Davudun (ə) oğluna verilən şeylər əlindən gedəcəkdir, ancaq Allahın təsbihi insanın əməl dəftərində qalacaqdır”. (Erfan/Deyerler)