Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 May 18:40
Şərh Yoxdur
2889

Rəsuli-Əkrəmin (s) meracda Həzrət İsa (ə) ilə görüşü

İslam Peyğəmbəri (s) merac gecəsində Məkkədən Beytul-müqəddəsə və oradan da səmaya qalxır, çoxlu peyğəmbərlər (ə) və mələklərlə görüşür. O zaman ki, Cəbrayil (ə) ilə Beytul-müqəddəsə daxil olurlar, İbrahim (ə), Musa (ə), İsa (ə) onu qarşılayırlar. Orada İslam Peyğəmbəri (s) qabaqda dayandı və qalan peyğəmbərlər (ə) ona iqtida edib camaat namaz qıldılar.

 

Həzrət Peyğəmbər (s) merac yolunda birinci səmanı gördükdən sonra ikinci səmaya qalxır. Bu zaman bir-birinə çox bənzəyən iki insan gördü və Cəbrayildən (ə) soruşdu: “Onlar kimlərdirlər?”.

 

Cəbrayil (ə) cavab verdi: “Onlar xalaoğludurlar: İsa ilə Yəhyadırlar. Onlara salam ver!”.

 

Həzrət Peyğəmbər (s) onlara salam verdi. Onlar da Peyğəmbərə (s) salam verdilər. Bir-biri üçün Allahdan bağışlanma istədilər. İsa (ə) və Yəhya (ə) dedilər: “Afərin olsun, layiqli qardaşımıza və layiqli peyğəmbərə!”. //Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..