Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 May 14:54
Şərh Yoxdur
4789

Mömin kimə deyilir? – Rəsuli-Əkrəmin (s) və İmam Əlinin (ə) mübarək izahları

Həzrət Məhəmməd (s) peyğəmbər möminin vəsfində buyurmuşdur:

“Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin…

Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…

Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır.

Xərci azdır, çox kömək və yardım edir…

İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür.

Gözləri aşağı baxır.

Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır.

Sözünü ölçüb-biçir və dilini lal edir…

Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə, inkar etmir.

Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir…

Dünyapərəstlərlə rəftar edəndə – onların ən zirəngi, axirət axtaranlarla olanda – onların ən pəhrizkarıdır”.

 

Möminin təsvirində Əmirəl-möminin İmam Əli (ə) buyurub:

“Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (çox hövsələli və geniş ürəklidir). Nəfsi isə hər şeydən xardır.

Özünü yuxarı tutmağı sevmir və şan-şöhrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir…

Sükutu çoxdur və vaxtı boş keçmir. Şükür edən və səbirlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir. Mülayim və mehribandır. İradəsi çaxmaq daşından da möhkəmdir, amma bununla belə, quldan da həqir və xardır”.

 

Digər yerdə İmam Əli (ə) buyurub:

“Mömin şadlıq və asayiş zamanı şükür edən, bəla və çətinlik zamanı səbirli, naz-nemət içində olan zaman isə qorxu içindədir”.

Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir”».

Mömin öz dinini dünyası ilə təmizləyn kəsdir. Günahkar o şəxsdir ki, dünyasını dini ilə qoruyur”.//Deyerler

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..