Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 May 11:48
Şərh Yoxdur
3337

11 növ qadın behiştə getməyəcəkdir

İmam Cavad (ə) cəddi Əmirəl-möminindən (ə) nəql edir ki, buyurur: “Mən və Fatimə (s.ə) Peyğəmbərin (s) yanına getmişdik. Onu şiddətli şəkildə ağlayan halda gördük. Mən soruşdum: “Atam-anam sənə fəda olsun, ey Rəsulallah! Nə səbəb olmuşdur ki, siz belə ağlayırsınız?”.

 

Cavabımda buyurdu: “Ey Əli! O gecə ki, məni meraca aparmışdılar, ümmətimdən olan bir dəstə qadını şiddətli əzabda gördüm. Bu hal mənə çox ağır gəldi. Ağlamağım onların ağır əzabına görədir ki, öz gözlərimlə görmüşdüm.

 

1. Bir qadını cəhənnəmdə saçlarından asmışdılar ki, beyni qaynayırdı.

2. Başqa bir qadını gördüm ki, dilindən asmışdılar, boğazına atəş tökürdülər.

3. Başqa bir qadını müşahidə etdim ki, onu sinəsindən asmışdılar.

4. Başqa birini gördüm ki, bədəninin ətini yeyirdi, atəş də altından şölələnirdi.

5. Başqa bir qadını gördüm ki, ayaqlarını əlləri ilə birlikdə zəncirə vurmuşdular. İlan və əqrəblər ona hücum edirdi.

6. Bir qadını gördüm ki, kor, kar və lal halda atəşdən olan tabutda idi. Bütün bədəni cüzamlı idi.

7. Başqa bir qadını gördüm ki, atəşdən olan təndirdə ayaqlarından asılmışdı.

8. Bir qadını gördüm ki, bədənin arxa və qabaq hissəsində olan ətini atəşdən olan qayçı ilə kəsirdilər.

9. Başqa birini gördüm ki, üzünü və əlini atəş bürümüşüdü və öz bağırsaqlarını yeməklə məşğul idi.

10. Bir qadını gördüm ki, başı donuz başı, bədəni uzunqulağın bədəni idi. Ona min cür əzab verirdilər.

11. Bir qadını it sifətində gördüm ki, arxadan qarnına atəş tökürdülər. Ağzından bayıra çıxırdı. Mələklər atəş şallaqları ilə başına və bədəninə vururdular.

 

Həzrət Fatimə (s.ə) atasına buyurdu: “Ey mənim həbibim! Ey gözlərimin nuru! Mənə de görüm, onlar nə etmişdilər ki, bu cür əzaba giriftar olublar?”.

 

Həzrət (s) buyurdu: “Ey əziz qızım!

 

– O qadın ki, saçından asılmışdı – o insan idi ki, saçını naməhrəmdən bağlamamışdır.

 

– O qadın ki, dilindən asılmışdı – o qadındır ki, dili ilə ərinə əziyyət verirdi.

 

– O qadın ki, sinəsindən asılmışdı – ərli qadın idi ki, ərini yaxınlıq baxımından razı salmırdı.

 

– O qadın ki, ayaqlarından asılmışdı – o kəs idi ki, ərinin icazəsi olmadan evdən bayıra çıxırdı.

 

– O qadın ki, öz bədəninin ətini yeyirdi – o kəs idi ki, özünü naməhrəm üçün zinətləndirərdi.

 

– O qadın ki, əli ilə ayaqlarını birlikdə zəncirə vurmuşdular və ilanlar, əqrəblər ona hücum edirdilər – düzgün dəstəmaz almazdı və paltarını pisliklərdən pak etməzdi. Cənabət və heyz qüslü almazdı. Namaza əhəmiyyət verməzdi.

 

– O qadın ki, kar, kor və lal idi – o qadın idi ki, ərindən qeyrisindən övladı olmuşdur və onu ərinə nisbət vermişdir.

 

– O qadın ki, ətini qayçı ilə kəsirdilər – o kəs idi ki, özünü əcnəbi kişilərin ixtiyarına buraxardı.

 

– Ancaq o qadın ki, üzü və başı atəşdə idi – o qadındır ki, zina üçün dəllallıq edərdi.

 

– O qadın ki, başı donuz və bədəni uzunqulaq bədəni idi – o kəs idi ki, yalandan söz gəzdirərdi.

 

– O qadın ki, başı it başı idi – ğina oxuyan və həsəd aparan idi”.

 

Həzrət (s) buyurdu: “Vay olsun o qadına ki, ərini qəzəbləndirər və xoş olsun o qadına ki, əri ondan razı olar””. (Tebyan/Deyerler)

 

Allah Təala bütün qadınları belə acı aqibətlərdən qorusun.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..