Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Aprel 13:31
Şərh Yoxdur
3920

Söyüş söyməyi necə müalicə etmək olar?

Çox təəssüf ki, cəmiyyətin düçar olduğu ən pis əxlaqi rəzil sifətlərdən biri də söyüş söymək və pis söz deməkdir.

Bu, dilin bəlalarından biri hesab olunur. Bu rəzil sifət – möminə qətiyyən yaraşmayan sifətlərdəndir.

 

Bəs söyüş söyməyə səbəb olan amillər hansılardır?

 

1. Qəzəb. O zaman ki, insan bir başqasına qəzəblənər, çalışar ki, ona əzab və əziyyət versin. Bu işi söyüş söyməklə yerinə yetirər.

 

2. Pis tərbiyə. İnsan əgər düzgün olmayan tərbiyə almışsa, ona yaxşısını-pisi düzgün başa salan olmamışsa, əlbəttə ki, onun dəyərlər sistemində xeyli problemlər olacaqdır. O cümlədən, insan pis söz deməyə sakit yanaşacaqdır.

 

3. Mühit. Mühitin insanın formalaşmasında böyük rolu vardır. Əgər insanın əhatəsində olanlar pis sözlərə loyal davranış sərgiləyirlərsə, həmin şəxs üçün bədağızlıq normal bir hal olacaqdır.

 

4. Vərdiş. O zaman ki, insan alçaq və rəzil insanlarla yoldaş olar, istər-istəməz onların pis sifətləri onun ruhuna da sirayət edər. Əvvəl onu dilinə gətirən zaman nə qədər çirkin olduğuna diqqət edər. Ancaq zaman keçdikcə ona adət edər və nə qədər alçaq söz olduğunu unudar. (Həvzəh/Deyerler)

 

Bəs bu bəladan necə nicat tapmaq olar?

1. İnsan qəzəbini kontol etməyi öyrənməlidir ki, söyüş kimi pis sözlərin dilindən çıxmasını da kontrol edə bilsin.

 

2. Bu rəzil sifətin nə qədər çirkin bir əməl olduğunu anlamağa çalışmalıdır. Ondan əl çəkmək üçün səylər göstərməlidir.

 

3. Rəzil və alçaq insanlarla yoldaş olmaq yerinə, alimlər və elm əhli ilə oturub-durar ki, onların fəzilətli sifətlərinə özü də yiyələnə bilsin və bu pis adəti aradan apara bilsin.

 

Bəs bu rəzil sifətin günahı nə dərəcədədir?

 

1. İmam Sadiq (ə) buyurur: “Söyüş söymək – zülmdür və zalım cəhənnəm atəşində qərar tutar”.

 

2. Həzrət Peyğəmbər (s) buyurur: “Allah behişti haram etmişdir o söyüş söyənə ki, abırsız və həyasız halda dediklərinə və ona deyilənlərə qarşı qorxusu olmaz, ondan təsirlənməz və narahat olmaz”.

 

3. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Nə zaman bir insanı görsəniz ki, dediklərindən və ya onun haqqında deyilənlərə qarşı laqeyddir, deməli, o, ya zinazadədir, ya da şeytan onun şəriki olmuşdur”.

 

4. Həzrət Peyğəmbər (s) buyurur: “Möminə söyüş söymək – ölümə yaxın olmaqdır”.

 

5. Həzrət (s) yenə buyurur: “Möminə söyüş söymək – fəsad, onunla vuruşmaq isə küfrdür”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..