Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Fevral 09:04
Şərh Yoxdur
5959

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

 

İlahi göstərişlə qoyulan ad – Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə (s.ə) İmam Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və o Həzrət (s) hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar.

Üç gündən sonra Peyğəmbər (s) səfərdən döndü. İmam Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən İlahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: “Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam”.

Bunu eşidən Peyğəmbər (s), təzə doğulan körpənin onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbərimiz (s), onu öpərək buyurdu: “Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir”.

 

Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: “Atacan, məni çox istəyirsən?”. İmam Əli (ə) cavab verir ki, bəli, qızım, çox istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (ə) buyurur: “İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur”.

 

“Müsibətlər anası”

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində – qardaşı İmam Hüseynin (ə) qafiləsində olmasıdır. Buna görə də Xanımı “müsibətlər anası” adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb (s.ə) səbir edir. İmam Hüseyni (ə), Həzrət Abbası (ə) şəhadətə yetirirlər, amma o Xanım (s.ə) səbir edir.

Bu azmış kimi, iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir.

Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb (s.ə) və İmam Səccad (ə) ən kamil şəkildə yerinə yetirdilər.

 

Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: “Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı”.

Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: “Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma”.

 

Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilində rəcəb ayının 15-də Suriyanın Şam şəhərində dünyadan köçmüşdür.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..