Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Fevral 12:13
Şərh Yoxdur
2718

Axirətdə behişt və cəhənnəmdən başqa yer vardırmı?

Qurani-Kərimdə və Məsum İmamlardan (ə) gələn hədislərdə bəzən elə bir məkana işarə edilir ki, nə behiştdir, nə də cəhənnəm. Behişt yolunda olan çətin bir keçiddir. Səadət və bədbəxtlik qütblərini bir-birindən ayırır. Uzun bir dağ kimi hər ikisinin arasına fasilə salır. Bu yerin adı Ərafdır.

 

Bəs kimlər bu məkanda olacaqlar?

 

Mərhum Əllamə Təbatəbainin nəzərinə görə, “O kəslər ki, Ərafda olacaqlar, Allahın muxlis bəndələri də onların arasında olacaqdır – onlar da bu keçiddə olacaqlar. Ərafilərin nişanələri məhz bu İlahi insanlara aid edilir, onların ali məqamı vardır. Həm xoşbəxt olanları və həm də bədbəxt olanları tanıyırlar. Onlarla söhbət etmək icazəsinə malikdirlər. Şəfaət verə bilirlər”.

 

Başqa alimlərin nəzərinə görə başqa iki dəstə də orada olacaqdır:

1. Günahkar müsəlmanlar ki, behiştə daxil olmayıblar, ancaq daxil ollmağa ümid edirlər.

2. O kəslər ki, itaətləri ilə günahları bərabərdir, yəni eyni səviyyədədir.

 

Bu məkanda Allahın hikməti əsasında ali məqamlı insanlar zəiflərə şəfaət verəcəklər. Yəni, bu ali məqamlı insanlar kimlərin behiştə və kimlərin cəhənnəmə getməsini müəyyən etməkdə yardım edəcəklər.(Deyerler.org)

 

www.ahliman.info

Digər “Kateqoriyasız ” Xəbərləri

İmam Əli (ə): “Öz хəstəliyini həkimlərdən gizlədən, bədəninə хəyаnət еtmişdir”

Həzrət Muhəmməd (s) buyurub: “Хəstə şəхsin günаhlаrı аğаcın yаrpаqlаrıtək tökülər.” “Yахşılıqlаrın хəzinələrindən biri də müsibətləri, хəstəlik və sədəqələri gizli sахlаmаqdır.” “Kim üç... Davamı..

Gecənin əhəmiyyəti barəsində hədis və Quran ayələri

Gecənin əhəmiyyəti, İlahi hərəkat və ondakı mənəvi sehr, məbudunun səsini ilə eşidən heç bir dərdli aşiqə gizli deyildir. Gecənin qəribə, qeyri-adi rəmz... Davamı..

İxlası necə tanımaq olur?

İxlas nəfsani sifətdir ki, zahirdə deyil, əməllərin batinində onu görmək olur. Bəs ixlasın nişanələri hansılardır və onları necə tanımaq olar?   1.... Davamı..