Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Noyabr 09:00
Şərh Yoxdur
7260

Həzrət Məhəmməd (s): “Sədəqə Allahın qəzəbini yatırar”

“Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.” [1]

 

Həzrət Məhəmməd (s) peyğəmbərimiz sədəqə verməyin fəzilətləri haqda buyurub:

“Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.”[2]

“Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.” [3]

“Sədəqə Allahın qəzəbini yatırar.” [4]

 

İmam Əli (ə) buyurub: “Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.”[5]

 

Allah  Qurani-Kərimdə buyurur:

“Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.” [6]

İmam Sadiq(ə) : “Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.”[7]

 

Sədəqə  bəlanın qarşısını almaq barədə Həzrət Peyğəmbərimiz (s) buyurub:

“Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.” [8]

“Sədəqə şərrin yetmiş qapısını bağlayar.” [9]

“Sədəqə pis və dəhşətli ölümün qarşısını alar.”[10]

“Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar.” [11]

Əmirəl-möminin həzrət imam Əli (ə) buyurub: “Sədəqə faydalı dərmandır.” [12]

 

www.ahliman.info

[1] Tövbə, ayə 103

[2] əl-Kafi, c.4, səh.3, hədis6

[3] Kənzul-Ummal, hədis 16068

[4] Kənzul-Ummal , hədis 16114

[5] Vəsailuş-Şiə, c.6, səh. 258 , hədis17

[6] Tövbə, ayə 104

[7] Biharul-Ənvar, c.96, səh. 134, hədis68

[8] Kənzul-Ummal, hədis 15982

[9] Birahul-Ənvar, c.96, səh. 132, hədis24

[10] əl-Kafi, c.4, səh.2, hədis1

[11] Kənzul-Ummal, hədis 16113

[12] Nəhcül-Bəlağə, hikmət 7

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..