Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Dekabr 12:57
Şərh Yoxdur
6437

Vəsvəsədən qurtulmaq üçün Məsumlardan (ə) tövsiyə

Məsumlardan (ə) gələn hədislərdən bu qənaətə gəlmək olur ki, vəsvəsə insanın cəhalətindən qaynaqlanır. Ona görə də hər kim vəsvəsəsinə fikir verərsə, adət halını alar. Əksinə, dinimiz buyurur ki, öz şəkkinizin əksinə əməllər yerinə yetirin. Ancaq ümumi insanların nəcis hesab etdiyi şeylərdən çəkinin, ondan çoxundan deyil.

 

Qüslda, dəstəmazda, paltarlarınızın yuyulmasında başqa insanlar kimi rəftar edin. Əgər insan bu mövzularda vəsvəsə edərsə, həqiqətdə israfa yol vermiş olar ki, bu da günahdır. Ona görə də hər bir məsələdə ifrat cəhalət hesab olunursa, təfrit də cəhalətdir. Vəsvəsə edən insan da ifrat edəndir. İmam Əli (ə) buyurur: “İfrat və təfritin hər ikisi cəhalət və ağılsızlığın nişanəsidir”.

 

İmam Sadiq (ə) namazda şəkk edərək onu tez-tez kəsməklə bağlı buyurmuşdur: “Namazı kəsməklə xəbis şeytanı özünüzə adət etdirməyin ki, bu işlə onu tamaha salırsınız. Çünki şeytan xəbisdir. Hər nəyə adət etdirilərsə, adət olar. Ona görə də sizlərdən hər kim (kəsirul-şəkk olarsa) şəkkinə etina etməsin və namazını tez-tez kəsməsin. Əgər bir neçə dəfə şəkkinə etina etməzsə, artıq şəkkə düçar olmaz. Əgər (şeytana) itaətsizlik edilərsə, bir daha sizə tərəf gəlməz”.

 

Dinimiz bu xəstəliyi aradan qaldırmaq üçün buyurur ki, nəcis hesab etdiyiniz həmin bədən və ya paltarla namaz qılın, heç bir maneəsi yoxdur – çünki, yəqininiz yoxdur.

 

Dini mərcələrimiz buyurur: “Əgər vəsvəsəyə düçar olmusunuzsa, tək dərman yolu – etinasızlıqdır. Bizim sizə fitvamız budur ki, başqa möminlərin bu vəzifələrə nə qədər etina etdiyinə diqqət edəsiniz. Siz də o qədərini etina edəsiniz. Qalanları sizin üçün pakdır”. (Həvzəh/Deyerler)

 

Ona görə də hər kim vəsvəsə xəstəliyinə düçar olar, bilsin ki, cahildir və cəhalətini aradan qaldırmaq üçün ona lazım olan elmə yiyələnib, bu sahədə dinimizin və alimlərin buyuruşlarına qulaq verməlidir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..