Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Oktyabr 15:00
Şərh Yoxdur
9986

İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar?

İmam Mehdinin (ə.f) quracağı dövlətin başında bizim tarixdən artıq tanıdığımız məhşur şəxlər dayanacaqdır. Onlar həzrət İsa (ə), Kəhf mağarasının yeddi sakini, Musa (ə) peyğəmbərin canişini Yuşe,  Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari, Malik Əştər Nəxəi və Həmdan qəbiləsi olacaqdır. Müxtəlif hədislərdə həzrət İsanın (ə) vəzir, canişin, sərkərdə və hökümətin yüksən məsul şəxsi olduğu qeyd edilir.

İsa (ə) peyğəmbər həzrət Mehdiyə (ə.f) deyər: “Mən vəzir olaraq göndərildim, əmir və başçı olaraq yox”.

Aydın olur ki, həzrət İsa (ə) peyğəmbər həzrət Mehdinin (ə.f) vəziri, sirdaşı və naibi olacaqdır. “O zaman İsa (ə) yerə enər və Həzrət Qaimin (ə.f) maliyyə işlərini öhdəsinə götürər. Əsahibi-Kəhf də Onun arxasında olacaqlar”.

İmam Sadiq (ə) buyurur: Ali-Məhəmmədin Qiyamçısı (Qaim ə.f) qiyam edəndə yeddi nəfər Kəbənin arxasından dirilər. Onlar (aşağıdakılardan) ibarətdirlər: Musanın (ə) qövmündən beş nəfər; onlar haqqa hökm çıxarıb (məhkəmə qurub haqqa hökm ediblər) və ədalətlə rəftar ediblər, yeddi nəfər Əshabi- Kəhf, Musanın canişini Yuşə, Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari və Malik Əştər.

Bəzi hədislərdə onların sayı 27 nəfər qeyd edilir, 4 nəfərinin Musanın (ə) qövmündən olduğu bildirilir. Başqa rəvayətdə Muğdadın da adı zikr edilir. Həzrət Əlidən (ə) söylənlən bir hədisdə “Həmdan qəbilsi onun vəzirləri olacaqdır” deyilir.

Göründüyü kimi, ideal cahanşümül ilahi dövlətdə ülul-əzm peyğəmbərdən tutmuş, din və tarixin böyük şəxsiyyətləri də təmsil olunacaqlar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..