Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Dekabr 14:14
Şərh Yoxdur
8354

Naməhrəmi görən zaman Rəcəbəli Xəyyatın tövsiyə etdiyi zikr

Rəcəbəli Xəyyat naməhrəmi görən zaman (belə ki, təsiri dəf etmək üçün) təsirli olan zikrlərdən birini tövsiyə etmişdir. Alim bu zikrin işə yaradığını bildirmiş və onu bütün yaxınlarına tövsiyə etmişdir.

O, deyir: “Gözün naməhrəmə dəyən zaman, gözünü bağla və başını aşağı salıb de:

 

یا خَیرَحَبیبٍ و مَحبوبٍ صَلِّ عَلی مُحمّدٍ و آلِه

 

Ya xəyra Həbibi və Məhbubi, səlli əla Muhəmməd və alih.

 

Mahiyyəti budur ki, ey Allahım, mən səni sevirəm, Səni istəyirəm. Bu gördüklərim heç də sevimli deyildir (belə ki, sevən və sevilənlərin ən xeyirlisi sənsən), onlara (Səndən başqasına) bel bağlamağa dəyməz. (Tebyan/Deyerler)

 

Zikrdə Peyğəmbər (s) və Əhli-Beytinə (ə) salavat da göndərilir. Belə ki, yaranmışlar arasında sevgini ən çox anlamış onlardır və bizlər bu mənada da onlara iqtida etməliyik. Salam verməklə isə, ruhlarımızı onlarla uzlaşdırır, onların sevgi fəzasına daxil olmuş oluruq.

 

Allah Təala bizləri həqiqi sevgini dərk edənlərdən qərar versin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..