Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Dekabr 16:05
Şərh Yoxdur
4132

Niyə dinimizdə qəssablıq məkruh hesab olunur?

İslam dinində bəzi peşələr vardır ki, məkruh hesab olunur. Onlardan biri də qəssablıqdır.

İnsanın ruhuna təsir edən amillərdən biri də onun peşəsidir. Ona görə də dinimiz bəzi peşələri bəyənir, bəzilərini isə məkruh hesab edir.

 

Qəssablıq da bu kimi peşələrdən biridir ki, dinimiz onunla davamlı məşğul olmağı bəyənmir. Ancaq onu da qeyd etmək lazımdır ki, qəssablıq deyildikdə bu gün məşğul olunan qəssablıq nəzərdə tutulmur.

 

Bu gün qəssab o kəsə deyirlər ki, peşəsi heyvan əti satmaq olar. Bu yolla ruzisini qazanar. Hədislərimizin nəzərdə tutduğu qəssab – o kəsdir ki, daima işi heyvan kəsmək olur. Bu peşəyə qəssab deyil, sallaq deyirlər.

 

Əshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Allah mənə oğlan övladı vermişdir. Onun hansı peşə sahibi olmasını istəyərdiniz?”.

Həzrət (ə) cavabında buyurur: “Oğlunu qəssablıq işinə qoyma. Çünki bu cür insan mehribanlığını əldən verər”. (Beytoote/Deyerler)

 

Həzrət Peyğəmbər (s) buyurur: “Qəssab o qədər kəsər ki, qəlbindəki mehr və məhəbbət aradan gedər”.

 

Rəhmətlik İmam (r) buyurur: “Məkruh olan qəssablıq o peşədir ki, sırf ət satmaq deyildir, bəlkə peşəsi heyvanları öldürməkdir”.

 

Beləliklə, demək olar ki, məkruh olan peşə – ət satmaqla səciyyələnən qəssablıq deyil, heyvanı kəsməklə bağlı olan sallaqlıqdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..