Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Noyabr 14:19
Şərh Yoxdur
4501

İmam Əlinin (ə) yayılmamış ləqəbi

İmam Əliyə (ə) çox sayda ləqəblər verilmişdir ki, onlar bəzisi məşhur olmuş, bəziləri isə çox az yayılmışdır. Onlardan biri də Qəzənfərdir.

 

Qəzənfər ləqəbi həm cismi və həm də qüdrət baxımından İmama (ə) yaraşan ləqəblərdəndir. İmam (ə) heç bir zaman düşmənə arxa çevirməmişdi. İmam (ə) bir şir kimi döyüş meydanında düşmənə hücum çəkir və igidlik nümayiş etdirirdi. Necə ki, Həzrətin (ə) başqa ləqəblərindən biri də Əsədullah idi.

 

Qəzənfər – cüssəli və igid bir insana deyərlər. Bu insanların möhkəm və heybətli bədəni olur. Onlar çox şücaətli və igiddirlər. (Tebyan/Deyerler)

 

Əmr ibni Əbduvəd öldürüləndən sonra Həsan ibni Sabit Ənsari bir şeir yazır və bu şeir Bəni-Amir qəbiləsinin qulağına çatır. Cavanlardan biri deyir: “Siz Mədinə xalqı Əmrin öldürülməsini özünüzə nisbət verməyin. Onu öz hünəriniz hesab etməyin. Çünki onu şir öldürmüşdür”.

 

İbni Şəhri Aşub “Mənaqib”də İmam Əlinin (ə) şücaəti barəsində danışan zaman ona Qəzənfər ləqəbi ilə müraciət etmişdi.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..