Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Noyabr 10:30
Şərh Yoxdur
5594

Müqəddəs Ərdəbilinin Həzrəti Musaya (ə) cavabı

Əhməd ibni Muhəmməd Ərdəbili – Müqəddəs Ərdəbili adı ilə məşhur olan 10-cu hicri əsrinin ən böyük alimlərindəndir. Bu, o böyük alimdir ki, “Məalim”in sahibi ondan elm öyrənmiş və hədis nəql etmək üçün icazə istəmişdir.

Əllamə Məclisi onun haqqında buyurur: “Nəfsinin, təqvasının, zahidliyinin müqəddəsliyində son həddə çatmışdı. Görkəmli alimlər və dahi şəxsiyyətlər arasında onun kimisinin sorağını almamışdım”. (Tebyan/Deyerler)

O, çox təvazökar bir insan idi və şagirlərinin arasında özünü çox kiçik tutardı. Onlara çox ehtiram göstərərdi. Təlim və tədrisdəki ixlası dillər əzbəri idi.

Bu böyük alim bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, Həzrət Musa (ə) da orada əyləşmişdi. Həzrət Musa (ə) Peyğəmbərə (s) sual verir ki, bu kişi kimdir? Peyğəmbər (s) buyurur: Özündən soruş.

Həzrət Musa (ə) Müqəddəs Ərdəbilidən soruşur: “Sən kimsən?”. Alim cavab verir: “Mən Əhmədəm, Muhəmmədin oğlu, Ərdəbil əhlindənəm. Filan küçədə və filan evdə yaşayıram”.

Həzrət Musa (ə) təəccüb edir və deyir: “Mən sənin ancaq adını soruşdum və bu dediklərin nə üçündür?”.  Alim cavabında deyir: “Aləmlərin Allahı sizə sual verəndə ki, sənin əlində olan şey nədir, bəs niyə bu qədər ətraflı cavab verdiniz?”. ““Ey Musa, sağ əlindəki nədir?” Dedi: “Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var”. (“Taha” 17-18).

Həzrət Musa (ə) Peyğəmbərə (s) deyir: “Düz deyirsən ki, mənim ümmətimin alimləri Bəni İsrayilin peyğəmbərləri kimidir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..