Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Dekabr 14:19
Şərh Yoxdur
6591

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq:

1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə) bu vəsiyyəti yerinəyetirdi, atam Əli ibn Əbutalib (ə) onu yazdı və həmişəlik qalıcıoldu”. Xanımın adından yazılmış vəsiyyətdə deyilir ki, hər tərəfinə divar çəkilmiş yeddi bağ Allah yolunda İslama yardım etmək üçün istifadə edilsin. Xanım (s.ə) bu vəsiyyətində vəsi olaraq İmam Əlini (ə) qeyd edir. Ondan sonra övladı İmam Həsəni (ə), sonra isə İmam Hüseyni (ə) vəsi təyin edir. Buyurur ki, əgər bu üç nəfər də dünyada olmasa, vəsi olmaq vəzifəsi böyük oğlumun övladlarının öhdəsində olacaqdır.

Sonra da Xanım (s.ə) Allahı bu vəsiyyətinə şahid tutur.

 

2. Xanım (s.ə) həyatının son anlarında İmam Əliyə (ə) buyurur: “Ya Əbəl Həsən! Köçmək və xudafizləşmək zamanı gəlib çatıbdır, mənim sözlərimi eşit. Çünki bundan sonra Fatimənin (s.ə) səsini heç vaxt eşitməyəcəksən.

Sənə vəsiyyət edirəm ki, məni unutmayasan. Vəfatımdan sonra məni davamlı olaraq ziyarət edəsən”.

 

3. Xanım (s.ə) buyurur: “O zaman ki, vəfat etdim, mənim kəfən və qüsl işlərimi öhdənə götür. Mənə namaz qıl və məni qəbrə qoy. Məni dəfn et və qəbrimə torpaq tök. Sonra mənim üzümlə üzbəüz əyləşib çoxlu Quran oxu və dua et. Çünki ölülərin bu zamanda dirilərlə ünsiyyət qurmağa ehtiyacları vardır. Mən səni Allaha tapşırıram və övladlarım üçün yaxşı tövsiyələrim vardır”.

 

4. Xanım (s.ə) buyurur: “Ey Peyğəmbərin (s) əmisi oğlu! Allah sənə yaxşımükafat versin. Mənim sənə ilk vəsiyyətim budur ki, kişilərin qadınlara ehtiyacı vardır. Məndən sonra bacım Əmamə ilə evlən. Çünki o da mənim kimi övladlarımla mehribandır”.

 

5. Burada Xanım (s.ə) vəsiyyət edir ki, onun qüsl və kəfənini İmam Əlidən (ə) başqası yerinə yetirməsin. Eləcə də gecə dəfn edilməyi və heç kəsə xəbər etməməyi vəsiyyət edir. Allahın Rəsulunun (s) haqqında and verir ki, onu incidənlər cənazəsində namaz qılmasınlar.

 

6. “O zaman ki, vəfat etdim, heç kəsə xəbər vermə, məgər Ümmi-Səlimə, Ümmi-İmən və Fizzədən başqa. Övladlarımdan Həsənə (ə) və Hüseynə (ə) (xəbər ver). Abbasa, Səlmana, Əmmara, Miqdada, Əbazərə, Həzifəyə xəbər ver. Məni gecə dəfn et və qəbrimdən heç kəsə xəbər vermə ki, gizli qalsın”.

 

7. “Sənə vəsiyyət edirəm ki, o kəslər ki, mənə zülm ediblər və haqqımı qəsb ediblər, cənazə mərasimimdə iştirak etməsinlər. Çünki onlar mənim və Allah Rəsulunun (s) düşmənləridir”.

 

8. “Ey Əli! Mən – Fatimə (s.ə) Muhəmmədin (s) qızıyam. Allah məni səninlə evləndirdi ki, dünya və axirətdə sənin üçün olum. Sən başqalarından daha çox mənə layiqlisən. Səni Allaha tapşırıram.Övladlarıma Qiyamət gününə qədər salam və salavat göndərirəm”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..