Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 İyul 08:06
Şərh Yoxdur
2221

Peyğəmbərin (s) dinin yayılmasında məsciddən istifadəsi

Məscidin funksiyalarından biri də burada əhalinin müxtəlif təbəqələri üçün tədris kurslarının təşkilidir. Tarixi mənbələrə müraciət etdikdə məlum olur ki, Həzrət Rəsulullah (s) məscidlərdə namazdan sonra çıxışlar edər, ayrı vaxtlarda isə dərs və bilik dövrələri təşkil edərdi. Bu siniflərdə yalnız cavanlar deyil yaşlılar da iştirak edərdi. (Shabestan)

Dərslərin əsas mövzusu dinin təməl prinsipləri və əqidələr sistemi olsa da, müxtəlif fənlərdə biliklər əldə etmək mümkün olardı. Adətən, İslam dinini yeni qəbul edənlər təlimlərə cəlb edilər və savadlandırılardılar.

Hicrtəin səkkizinci ilində Məkkənin fəthindən sonra Peyğəmbər (s) vaxt itirmədən Məaz ibn Cəbəl və Əbu Musa Əşəriyə Məscidul – Haramda Məkkə əhalisini Quran, fiqh və başqa dini mövzularda dərslər deməklə bağlı tapşırıq verdi. Buradakı dərs və elm öyrənmək adəti sonrakı illər də davam etdi.

Quran tilavəti və onun oxunuş qaydaları ilkin və bəsit təbris metodu sayılırdı. Peyğəmbər (s) bu metodla həm dini təbliğ edər, həm də müşrikləri İslam dininə dəvət edərdi.

Tarixi mənbələrdən aydın görsənir ki, Allahın Elçisi və onun məsləkdaşları Məscidul – Haramdan dinin təbliği və vəhyin çatdırılması istiqamətində istifadələr edirdilər. Kəbə və Məscidul – Haram hələ qədim zamanalardan insanların toplaşdığı məkanlardan idi. Yerli sakinər və ətrafdan gələn tacirlər öz dini inancları və burada qoyulan bütlərə pərəstiş etmək məqsədi ilə də olsa Kəbəyə gəlirdilər. Allahın Elçisi bu toplantıdan səmərəli şəkildə İslam dininin təbliğ etdilməsində yararlanırdı.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..