Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 İyul 09:53
1 Şərh
5330

Bu gün İmam Cavadın (ə) şəhadət günüdür

Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür.

Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür.

Hicrətin 218-ci ilində Məmun öldü. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur”.

Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.

İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi:

«Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək, qardaşımın yanına gəldim və əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan». //Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..