Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyul 14:26
Şərh Yoxdur
4165

Həzrət Muhəmmədin (s) adı Tövrat və İncildə gəlmişdirmi?

Tövrat və İncildə Həzrət Muhəmməd (ə) peyğəmbərin adı çəkilmiş və onun nişanələri bəyan edilmişdir. Məhz bu nişanələrə əsasən yəhudi və xristianlar onu tanımış və hüccət olduğunu anlamışdılar. Bu nişaləri Həzrət Musa (ə) və Həzrət İsa (ə) müjdə vermişlər.

Ancaq çox təəssüflə deməliyik ki, müasir Tövrat və İncil kitablarında Həzrətə (s) işarə edən ayələr ya silinmiş, ya da aydın olmayan şəkildə təhrif edilmişdir. Lakin hələ də elə ayələr vardır ki, məhz İslam peyğəmbərinə (s) aid edilir. (Mehrnews/Deyerler)

Misal üçün: Həzrət Musa (ə) Bəni-İsrayilə buyurur: “Allah mənə buyurmuşdur: “Bəni-İsrayil üçün qardaşlar arasından sənin kimi bir peyğəmbər məbus edəcək və kəlamımı ağzına qoyacağam. Ona o şeyi ki, əmr edəcəyəm – Bəni-İsrayilə demək istədiklərimdir. Hər kim onun Mənim adımla dediyi sözləri eşitməz, Mən ondan tələb edəcəyəm”.

Aydın olan budur ki, burada söhbət İslam peyğəmbərindən (s) gedir, İsa (ə) peyğəmbərdən deyil. Çünki Tövrat, Həzrət İsmayili Bəni-İsrayilin qardaşı adlandırmışdır. O peyğəmbər ki, İsmayilin (ə) nəslindən məbus olmuşdur, Həzrət Xatəmdir (s). Həzrət Musanın (ə) qalan canişinləri isə Həzrət İshaqın və Bəni-İsrayilin nəslindən olmuşlar.

İncildə isə oxuyuruq: “Mən atamdan istəyəcəyəm və o, sizə başqa bir parqəlita verəcəkdir ki, əbədi olaraq sizinlə olacaqdır”.

“O zaman ki, sizə tərəf göndərdiyim parqəlita gələcəkdir, atam tərəfindən düzgün ruh gələcəkdir və mənim haqqımda şəhadət verəcəkdir”.

Bu ayələrdə adı çəkilən parqəlita Pariğlotes sözündən götürülmüşdür və ərəb dilində mənası Əhməd və Muhəmməd deməkdir.

İslam dinindən əvvəl parqəlita İncilin vəd edilmiş peyğəmbəri olmuşdur və hətta bəzi xristianlar özlərini İncilin vəd etdiyi palqəlita adlandırırdılar.

O zaman ki, İslam dini zühur etdi, xristian alimləri parqəlitanı paraklotus kimi təqdim edib, onu Ruhul-qudusa aid etdilər ki, mənası “təsəlli verən”dir. Bu yolla Həzrət Muhəmmədin (s) müjdəsini aradan aparmağa çalışdılar. Ancaq dəlillərlə sübut etmək olar ki, parqəlita Ruhul-qudus deyildir, əslində həmin vəd edilmişdir Peyğəmbərdir (s).

Onun gəlməsi İsanın (ə) getməsindən asılı idi. Ruhul-qudusun gəlməsi isə bu cür şərtdən asılı deyildi. Çünki Ruhul-qudus Həzrət İsanın (ə) xidmətində dəfələrlə olmuşdur. Əgər belə olarsa, Həzrət İsanın (ə) bu sözü yersiz olardı ki, buyurub: “O zamana qədər ki, mən varam, o, gəlməyəcəkdir”.

Ruhul-qudus bəşərin rəhbəri deyildir, çünki rəhbərlik peyğəmbərlərə və vəsilərə aiddir.

Beləliklə deyə bilərik ki, həm Tövratda və həm də İncildə Həzrət Muhəmmədin (s) adı o dövrün dilinə uyğun şəkildə bəyan edilmişdir və Həzrətin (s) dəqiq nişanələri göstərilmişdir.

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..