Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Aprel 09:04
Şərh Yoxdur
4604

Ey Əbuzər! Ölümün səni günah halında yaxalamasından qorx!

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Ölümün səni günah halında yaxalamasından qorx! Bu halda artıq nə tövbə edib günahlarını yumağa vaxtın qalacaq, nə də ikinci dəfə dünyaya qayıtmaq imkanın. Nə varislərin onlara qoyduğun miras üçün sənə təşəkkür edəcəklər, nə də Allah-təala qabaqcadan axirətə göndərdiklərin üçün sənin üzrünü qəbul edəcək”.

Əvvəldə deyildiyi kimi, Həzrət (s) bəzi əxlaqi məfhumları müxtəlif ifadələrlə bəyan etmişdir. Bu məfhumları təkrarlamaqda Həzrətin (s) əsas hədəfi, möminlərin qəlbinə daha artıq təsir etmək olmuşdur. Necə ki, Quranın mübarək ayələrinə azacıq diqqət yetirməklə görəcəyik ki, müxtəlif məsələlər barəsində olan əksər ayələr təkrar olunmuş və hətta bəzi yerlərdə kəlmələr olduğu kimi verilmişdir. Məsələn, «Rəhman» surəsində olan bu ayənin ‒ “İndi Rəbbinizin hansı nemətlərini təkzib edəcəksiniz?!” 31 dəfə təkrar edilməsinə baxmayaraq, hər təkrar olunan ayənin özünəməxsus mənası vardır. Lakin hər dəfə bu təkrarlanmanın insan qəlbinə etdiyi təsirin daha güclü və artıq olması inkarolunmazdır. Biz gündəlik həyatımızda da öz əməllərimizin yaxşı və ya pis istiqamətdə formalaşmasında, adət və rəftarlarımızın dəyişilməsində təkrarın xüsusi rolunu müşahidə edə bilərik.

Rəvayətə görə “öz əhlini namaza əmr et”[1] ayəsi nazil olanda, həzrət Peyğəmbər (s) düz səkkiz ay davamlı olaraq Əlinin (ə) evinə gələr və buyurardı: “Namaz! Allahın rəhməti olsun sizlərə. Allah iradə etmişdir ki, siz Əhli-beyti hər cür pislikdən uzaqlaşdırsın və bütün eyiblərdən pak qərar versin”[2]. Həzrət (s) bu işi hər gün beş dəfə yerinə yetirmişdir. Halbuki, əgər Peyğəmbərin gün ərzində ən azı bir dəfə Əlinin (ə) evinə getdiyini fərz etsək, bu iş iki yüz qırx dəfə təkrarlanmış olur.

Həzrətin (s) bəyanının xülasəsi budur ki, əgər insan onu səadətə çatdıracaq əməlin nə olduğunu bilməsə və həmçinin, hansı əməlin onu bədbəxtliyə sürüklədiyini aydınlaşdırmasa, günaha və uçruma yuvarlanacaqdır. Əgər bu əsnada əcəli yetişib ölsə, həqiqətən də, ən pis zərəri görmüşdür. Çünki həyat gövhərini, cavanlığı və ilahi nemətləri günahda uduzmuş, əvəzində bədbəxtçilikdən başqa bir qazancı olmamışdır. Bu cəhətdən Həzrət (s) buyurur:

“O gündən qorx ki, günah üstündə əcəlin çatsın və həmin halda da canını əlindən alsınlar. Belə olan surətdə nə günahlarını düzəltməyə fürsətin olacaq, nə də yenidən sənə bu dünyaya qayıtmağa icazə veriləcək”.

Bu barədə Qur᾽ani-kərim belə buyurur:

“Elə ki, ölüm günahkarın başının üstünü aldı, deyər: “İlahi məni yenidən dünyaya qaytar, bəlkə, yaxşı işlər görüb əvvəlki günahlarımı yuya bildim.”(Cavab verərlər) “Heç vaxt! Belə iş ola bilməz! Və bu, onun gündə təkrarladığı sözdür””[3].

Əgər insan ölümün günah əsnasında onu yaxalayacağını ehtimal verib dərk edə bilsə, günah işlərdən əl çəkər. Fərz edək ki, insan haram yolla ticarət edib çoxlu pul qazanır və varislərinə də çoxlu miras saxlayır. Bunun onun özünə bir xeyri olacaqmı? Qoyub getdiyi mirasdan bəhrələnən varisləri çəkdiyi zəhmətlərə görə Allahdan onun bağışlanmasını diləyəcəklərmi? Bu mal-dövlətdən istifadə edib ləzzət çəkən varislər onu yada salacaqlarmı? Hətta onu düşünsələr, ona rəhmət oxusalar belə, ona bir xeyri olmayacaqdır. Belə olan halda, Allah yanında üzrü qəbul olacaqmı? Görən, Allah onu bağışlayacaqmı? O ki, gördüyü əməllərin haram olduğunu və Allahın əmrindən boyun qaçırdığını bilirdi. Allah yanında deməyə bir sözü olacaqmı? Öz canını özü oda yaxıbsa, nə deyə bilər?

“Ey Əbuzər! Nə cəhənnəm odundan qaçıb qurtulmaq istəyəni, nə də cənnət istəyəni yuxuya qalıb yatan görmədim”.

 

www.ahliman.info

[1] «Taha» surəsi, ayə 132.

[2] «Əhzab» surəsi, ayə 33; «Əl-Mizan», cild 14 səh. 242.

[3] «Mu᾿minun» surəsi, ayə 99-100.

Digər “Əhli-Beyt ” Xəbərləri

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..