Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 09:56
Şərh Yoxdur
11105

Evdə hansı heyvanı saxlamaq olar? – Məsumların (ə) tövsiyələri

Məsumlarımız (ə) hər bir canlı varlığa xüsusi həssaslıqla yanaşmış və onlarla bağlı tövsiyələr vermişdilər.

Davud Rəqqi nəql edir: “İmam Sadiqin (ə) yanında olan zaman bir göyərçini gördüm ki, taxtın altından çıxdı. Həzrətə dedim: “Canım sizə fəda olsun! Oxuyan quşu sizə hədiyyə edimmi?”. Həzrət (ə) buyurdu: “O quşlar şəkillərini dəyişdiriblər. Əgər quşa malik olmaq istəyirsənsə, bunun kimi Həzrət İsmayilin (ə) göyərçinlərindən qalmışlara malik ol!”.

Bir nəfər Peyğəmbərə (s) öz qorxulardan danışır və çarə istəyir, Həzrət (s) buyurur: “Bir cüt göyərçin saxla”.

İmam Əli (ə) buyurur: “Göyərçinin qanad çalması şeytanları qovar”. (Beytoote/Deyerler)

İmam Əli (ə) buyurur: “Allahdan qullar, kənizlər və dilsiz mallarınızla bağlı qorxun”. Sual verirlər ki, dilsiz mallar nədir? Həzrət (ə) buyurdu: “Qoyun, göyərçin, pişik və onun kimilər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Evdə qoyunun olması səbəb olar ki, yoxsulluğun 70 qapısı aradan getsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qoyun – behişt heyvanlarındandır”.

İmam Sadiq (ə) buyurur: “Elə mömin yoxdur ki, evində çəpiş olsun və o ev müqəddəs və bərəkətli olmasın. Əgər o evdə iki çəpiş olarsa, o ev hər gün iki dəfə müqəddəs olar”. Bir nəfər soruşur: “Necə müqəddəs olar?”. Buyurur: “Onlara deyilər ki, o zamana qədər ki, süfrəniz pakizədir, bərəkət sizinlədir”.

Cəfəri nəq edir: “İmam Kazımın (ə) evində bir cüt göyərçin gördüm ki, erkəyi yaşıl və dişisi qara rəngli idi. Həzrəti (ə) gördüm ki, onlar üçün çörəyi xırdalayırdı. Həzrət (ə) buyurdu: “Bu göyərçinlər axşam hərəkətli olurlar, ancaq qanad çalmırlar. Evdə olan hər insan ziyanlı heyvanlardan amanda olar”.

İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbərin evi yox idi ki, orada göyərçin olmasın. Çünki axmaq cinlər o evin uşaqları ilə oyun oynayarlar. Ancaq o zaman ki, evdə göyərçin olar, onlar göyərçinlərlə məşğul olarlar və insanları tərk edərlər”.

İmam Sadiq (ə) buyurur: “Bir qadın bir pişiyi zindan etdiyi üçün və o pişik susuzluqdan öldüyü üçün əzaba düçar oldu”.

Həzrət Peyğəmbər (s) buyurur: “Heyvanları evinizdə saxlayın ki, şeytanlar övladlarınızla məşğul olmaq yerinə, onlarla məşğul olsunlar”.

İmam Kazım (ə) buyurur: “Evlərinizi üç şeydən boş saxlamayın ki, onlar evlərinizi abad edər: 1. Pişik. 2. Göyərçin. 3. Xoruz. Əgər xoruzun munisi olsa maneəsi olmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Xoruza pis söz deməyin ki, o, sizi namazın vaxtından agah edər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..