Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 May 16:52
Şərh Yoxdur
3175

Həqiqi orucun mühüm şərti

İmam Sadiq (ə) buyurur: “Oruc ancaq yemək və içmək orucu deyildir, oruc üçün şərt vardır ki, gərək onu qoruyasan ki, orucun kamil olsun. O şərt – varlığının sükutudur. Eşitməmisən ki, Məryəm binti İmran (s.ə) demişdir: “Nəzir etmişəm ki, bu gün oruc olam və insanla bu gün danışmayam”. Yəni, sükut halındayam. Ona görə də o zaman ki, oruc tutdunuz dilinizi yalandan saxlayın, gözünü naməhrəmə yumun, bir-birinizlə dava etməyin, bir-birinizə həsəd aparmayın, qeybət etməyin, bir-birinizlə düşmənçilik etməyin, bir-birinizə yalan deməyin, bir-birinizə qarşı qəzəbdən, pis sözlərdən, məsxərə etməkdən, dava və düşmənçilik etməkdən, zülm etmək və əziyyət verməkdən çəkinin.

Allahı yada salmaqdan və namazdan qəflət etməyin. Dilə aid olan hər bir günaha qarşı sükuta riayət edin. Səbir, mətanət və sadiqliyə riayət edin.

Özünüzü axirətə müşərrəf hesab edin və o əyyamın intizarında olun. İlahi vədəyə ümidiniz olsun və İlahi görüşə çatmaq yolunda qərar tutun. Aramlıq, vüqar, təvazökarlıq göstərin və mövlasından qorxan qulun zillətini özünüzdə yetişdirin. Xof, rica, rəğbət məqamında olun.

Qəlbərinizi eybdən, batininizi hoqqabazlıqlardan pak etmiş halda olun və cisminizi napaklıqlardan yuyun. Bu orucla ki, bütün günahlardan bu cür sükuta malikdir – Allahın vilayətinə qoşulun. O günahlardan ki, Allah sizə zahirdə və batində qadağan etmişdir.

Onun mütilik haqqını aşkarda və gizlində yerinə yetirin. Oruc əyyamında varlığını Haqqa bağışla. Bu yolla ki, qəlbini Onun üçün ayırasan və qəlbini Onun əmrlərini yerinə yetirmək üçün vəzifələndirəsən. O zaman ki, belə etdin, həqiqətən oruc tutan olarsan və Mövlanın əmrinə itaət etmiş olarsan. Bu proqramdan hər nəyi azaltsan, o miqdarda orucunun dəyəri azalacaqdır.

Oruc ancaq yemək və içməkdən çəkinmək deyildir. Allah orucu bəndəsi ilə bütün əməli və deyilən günahlar arasında hicab qərar vermişdir. O kəs ki, bu şəraitə əməl edər, orucunu iftar etmiş olar. Oruc tutanlar nə qədər azdırlar və aclar nə qədər çoxdurlar!”. (Həvzəh/Deyerler)

Allah Təala bizləri həqiqi oruc tutanlardan qərar versin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..