Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 May 09:40
Şərh Yoxdur
3919

Ey Əbuzər! Əcələ baxıb, sənə tərəf necə tələsik yüyürdüyünü görsən, arzuların sənə düşmən olduğunu görəcəksən

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Əgər əcələ baxıb, sənə tərəf necə tələsik yüyürdüyünü görsən, arzuların və onların aldadıcı təsəvvürlərinin sənə düşmən olduğunu görəcəksən”.

Arzu və onun hiylələrinə uymamaq üçün ən yaxşı mübarizə yolu ölüm haqqında fikirləşməkdir. Əcəl uzun-uzadı arzuları öz kamına çəkib, insanı o biri dünyaya ümidsiz halda aparır. Əmirəl-möminin Əli əleyhissəlamın sözləri ilə desək, “Ürəyində dünya məhəbbətinə yer verən kəsin qəlbi qəm-kədərlə dolu olar və bu kədərlər daim onun qəlbində hərəkət edər. İnsanı hüznlü edən bu qəmlər onun nəfəsi sona yetib əldən düşənə qədər davam edər və nəhayət, həyat nişanələri onda sönüb, qət olar”[1].

İmam Əli (ə) başqa bir yerdə belə buyurur: “Dünyanın insana verdiyi ibrətlərdən biri də budur ki, insan təzə-təzə öz arzularına çatmaq istəyir, amma ölüm başının üstünü alıb, istəyini gözündə qoyur. Nə arzusuna çatır, nə də ölümün çəngindən qurtula bilir”.[2]

 

www.ahliman.info

[1] «Nəhcül-bəlağə», Feyzül-islam, hikmət 359, səh. 1256.

[2] «Nəhcül-bəlağə», Feyzül-islam, xəbər 113, səh. 353.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur. Misirli susur.... Davamı..

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..