Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Aprel 13:49
Şərh Yoxdur
2990

Ey Əbuzər! Məbada uzun-uzadı arzulara qapılmaqla, görüləsi mühüm olan işlərini təxirə salasan

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Məbada uzun-uzadı arzulara qapılmaqla, görüləsi mühüm olan işlərini təxirə salasan”.

Həzrətin (s) bu sözləri öncə dediklərinin davamıdır. O, burada da vaxtın hədər verilməməsi və əldə olan əlverişli fürsətlərdən səmərəli istifadə olunmasına təkid edir.

«Təsvif», insanın xeyir və savab işlər görməsinə maneçilik törədən mənfi xüsusiyyətlərdən biridir ki, rəvayətlərdə də pislənmişdir və mənası «bu günün işini sabaha qoymaq» deməkdir. Bu hal bir çox səbəblər üzündən baş verə bilər. Lakin təsvifin rəvayətdə işarə edilən əsas səbəbi uzun-uzadı arzulardır. Yəni insan sabaha ümidvar olub bu gün görməli olduğu işi, sonraya saxlayır. Belə fikirləşir ki, əgər bu gün varamsa, yəqin sabah da olaram və bu işi sabah görərəm. Elə ki, sabah yetişir, yenə də o biri günün öhdəsinə qoyur. Beləliklə, ay keçir, il dolanır. Həzrət (s) buyurur:

Bu xüsusiyyətin qəlbindən silinməsini istəyirsənsə, həmişə elə təsəvvür et ki, əlində olan imkan ancaq bu gündür, bu saatdır, bu andır və bundan sonra həyat sənə heç bir fürsət verməyəcəkdir”.

Təsvif məfhumu əxlaq sahəsində işlədilən digər məfhumlar kimi, şiddət və zəiflik baxımından müxtəlif dərəcələrə malikdir. Müxtəlif insanlar ‒ mömindən tutmuş qeyri-möminə qədər, hətta imanın səviyyəsi baxımından – bu məfhuma əsasən müxtəlif dərəcələrə bölünürlər. Onun bəzi dərəcələri adi, bəziləri təkid olunmuş, bəziləri adi müstəhəb və bəziləri də təkidli müstəhəbdir. Hərdən bu məfhumun dərəcələri elə dəqiq olur ki, adi insanlar üçün onun təsəvvürü qeyri-mümkün olur.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..