Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurub (s): “Yoxsulluq küfrə gedib çıxmağa yaxındır.” [1]
O Həzrət (s) başqa bir yerdə buyurub: “İlahi! Mən, küfrdən və yoxsulluqdan Sənə pənah aparıram.” Bir kişi dedi: “Bu ikisi eynidirmi?” Buyurdu: “Bəli.”[2]
“Əgər Allahımın rəhməti mənim ümmətimin yoxsullarının üstündə olmasaydı, yoxsulluğun küfrə keçməsinə az qalardı.”[3]
“Kasıbçılıq hər iki dünyada üz qaralığıdır (səbəbkarıdır).”[4]
“Yoxsulluq öldürülməkdən daha pis və daha ağırdır.“ [5]
Həzrət İmam Əli (ə) buyurub: “Yoxsulluq böyük ölümdür.” [6]
“Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir.” [7]
İmam Əli (ə) öz övladı Həsənə (ə) buyurub: “Öz gündəlik çörəyi üçün çalışanı danlama. Çünki özünü saxlamağa qüdrəti olmayanın xətası çox olar. Övladım! Yoxsul insan həqirdir. Sözünü sayan yoxdur, yeri və məqamını isə tanıyan. Yoxsula, düzdanışan da olsa yalançı deyərlər. Zahid və tərkidünya olsa, nadan adlandırarlar. Övladım, yoxsulluğa giriftar olan, dörd xislətə mübtəla olar: Allaha yəqinlikdə süstlük, ağlın azalması, dinində kövrəklik, üzündə abır-həyanın azlığı. Belə isə Allaha yoxsulluqdan pənah aparıram.”[8]
İmam Əli (ə) övladı Məhəmməd ibn Hənəfiyyəyə buyurub: “Övladım! Mən səninçün yoxsulluq və imkansızlıqdan qorxuram. Onlardan Allaha pənah apar. Çünki yoxsulluq dinin azalmasına, ağlın məyusluğuna, kin və düşmənçiliyə səbəb olar.” [9]
O Həzrət (ə) başqa bir yerdə buyurub: “Yoxsul öz doğulduğu yerdə belə qəribdir.”[10]
[1] əl-Kafi, c. 2, səh. 307, hədis 4
[2] Kənzul-Ummal, hədis 16687
[3] Cameul Əxbar, səh. 300, hədis 817
[4] Əvalil lali, c. 1, səh. 40, hədis 41
[5] Cameul Əxbar, səh. 299, hədis 816
[6] Nəhcül-Bəlağə, hikmət 163
[7] Nəhcül-Bəlağə, hikmət 3
[8] Cameul Əxbar, səh. 300, hədis 818
[9] Nəhcül-Bəlağə, hikmət 319.
[10] Nəhcül-Bəlağə, hikmət 56.