Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Fevral 10:47
Şərh Yoxdur
4422

Allah Təala Qiyamət günü bu insanlara rəhm edər

Mülayimlik və xoş rəftar olmaq – bəşər üçün ən fəzilətli sifətlərdən hesab olunur. Kobudluq, sərtlik isə dinimizdə şirk və küfr ilə bərabər tutulur.

Mülayimlik və başqalarının dərdinə həmdəm olmaq – təqvalıların nişanələrindəndir. “Muhəmməd (s) – Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar”. (“Fəth” 29).

“Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq”. (“Hədid” 27).

O kəsin ki, qəlbi yumşaq və əxlaqı gözəl olarsa, hər iki dünyada da xeyir və səadət əhlindən olar. Ancaq o kəs ki, bu fəzilətli sifətdən məhrum olarsa, hər iki dünyada da bədbəxt olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlmana rəhm etməzsə, Allah da ona rəhm etməz”. (Tebyan/Deyerler)

Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “Bundan qeyrisi deyildir ki, Allah bəndələri arasından (ancaq) rəhm edənlərə rəhm edər”.

Əmirəl-möminin (ə) buyurur ki, Peyğəmbər (s) buyurmuşdur: “Allah məxluqlarına və bəndələrinə şəfqətli və mehribandır. O kəslərin ki, qəlbləri onlar üçün yanar, Allahın diqqətində qərar tutar və onları sevər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mələklər və əməli qoruyanlar insanın yaxşı və layiqli əməllərini təmtəraq və xüsusi şövkətlə altıncı səmaya çatdırarlar. Ancaq bu dərəcənin gözətçiləri əmr verərlər ki, dayansınlar. Deyər: Çünki mən rəhmət və şəfqət məmuruyam. Araşdırdıqdan sonra əmr edər ki, onu sahibinin üzünə vursunlar ki, gözləri kor olsun. Çünki sahibinin rəhmi yoxdur. Əgər Allahın bəndəsi dünya və ya axirət şeyinə giriftar olardısa, ürəyi onun üçün yanmazdı. Bəlkə onu məzəmmət və məsxərə edərdi. Mən ona görə məsulam ki, əməli məndən yuxarı qalxmasın”.

Beləliklə deyə bilərik ki, rəhm etmək və qəlbin yumşaq olması – Allahın sevdiyi sifətlərdəndir ki, ona görə Allah da həmin bəndəsinə qarşı rəhimli və bağışlayan olar. Müasir dövrün bu keşməkeşli zamanlarında qəlbimizin daşlaşmasına imkan verməyək və insanların qəminə həmdəm olaq, onlara qarşı rəhimli olaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..