Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Yanvar 16:05
Şərh Yoxdur
6206

İmam Əlinin (ə) oğluna yazdığı məktubda Allahın vahidliyinin sadə izahı

Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) yazdığı tərbiyəvi bir məktub vardır ki, burada Allahın vahidliyin sübut edir və bizlərə bir çox şeyləri öyrədir.

Bu məktuba biz də nəzər salaq: “Oğlum, bil ki, əgər Allah üçün şərik olsaydı, həmin ilahların peyğəmbərləri də mütləq gələrdilər və deyərdilər ki, biz də həmin ilah tərəfindən gəlmişik. Sən də həmin ilahın səltənətliyinin, padşahlığının və hökumətinin əlamətlərini görərdin. Ancaq Allahdan savayı başqa ilahın nə səltənətliyinin əsərləri vardır, nə də Allahdan qeyrisinin hökumətinin əsərləri. (Əgər olsaydı) Sən də onun işlərini, onun xüsusiyyət və sifətlərini bilərdin.

Ancaq Allah təkdir, Allah vahiddir və necə ki, Özü, Özünü təsvir etmişdir. Heç kəs hakimiyyətdə ona maneəçilik törədə bilməz.

Heç bir zaman məhv olmaz, gələcəkdə də məhv olmayacaqdır. O, hər bir əşyadan qabaqdır və bütün əşyaların axırıdır. Baxmayaraq ki, eyni halda axırdır, həm də əvvəldir. O, ondan da böyükdür ki, Öz rübubiyyətini qəlblər və baxışlar əhatəsində isbat etsin”.(Erfan/Deyerler)

Bəli, əziz İmamın (ə) bu nurani məktubunda Allahın vahid olmasının bürhani dəlilllərlə təsdiqinin şahidi oluruq. Allah təkdir və vahiddir və heç kəs ona şərik deyildir. Əgər Allahın şəriki olsaydı, mütləq həmin ikinci ilah da öz elçilərini insanlara tərəf göndərərdi ki, belə bir hadisə baş verməmişdir. Allah – axır və əvvəldir. Eyni zamanda, həm axırdır və həm də əvvəldir. Bu sadə bürhan – hər bir insanın başa düşəcəyi gözəl və dəqiq bürhanlardandır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..