Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Dekabr 12:07
Şərh Yoxdur
4877

Elmin ibadətdən üstünlüyü

Həzrət Rəsulullah (s) buyurub:

Az elm çox ibadətdən yaxşıdır.[1]

“Elm və bilik qarışmış yuxu, nadanlıqla qılınan namazdan yaxşıdır.”[2]

“Alimin abiddən üstünlüyü, günəşin ulduzlardan üstünlüyü kimidir. Abidin qeyri-abiddən üstünlüyü isə ayın ulduzlardan üstünlüyünə bənzər.”[3]

Alimin bir saat yatağına dirsəklənib öz elmini və işlərini nəzərdən keçirməsi, abidin yetmiş il ibadətindən yaxşıdır.[4]

“Alim abiddən 70 mərtəbə üstündür. Hər mərtəbə ilə digər mərtəbələr arasında at yetmiş il qaçar. Bu üstünlüyün səbəbi odur ki, şeytan insanların arasında bidət yaradar və alim bunu başa düşərək insanları ondan çəkindirər. Ancaq abidin başı öz ibadətinə qarışar və bidəti nə başa düşər, nə də ona diqqət yetirər.”[5]

“Məhəmmədin canı əlində olana and olsun ki, bir alimin olmasının hər bir anı şeytan üçün min abiddən daha ağırdır. Çünki abid öz fikrində, alim isə başqalarının fikrindədir.”[6]

 

İmam Baqir (ə) buyurub:

“Bir saatlıq elmi müzakirə, bir gecə ibadətdən daha yaxşıdır.”[7]

“Öz elmindən bəhrələnən alim, yetmiş min abiddən daha yaxşıdır.”[8]

 

Alimin üzünə baxmaq ibadətdir.

Həzrət Rəsulullah (s) buyurub: “Alimin üzünə məhəbbətli nəzərlərlə baxmaq ibadətdir.”[9]

İmam Sadiq (ə) Peyğəmbərin (s) “Alimlərin üzünə baxmaq ibadətdir” sözü barədə suala cavabında buyurmuşdur: “Məqsəd o alimdir ki, üzünə baxdıqda, axirət yadına düşsün. Bunun əksi olanın üzünə baxmaq fitnə (azğınlıq) yaradar.[10]

 

www.ahliman.info

[1] əl-Muhcətul-Beyza, c.1, səh.22

[2] Munyətul-Murid,  səh.104

[3] Biharul-Ənvar, c.2, səh.19, hədis 49

[4] Rovzətul-Vaizin, səh.16

[5] Rovzətul-Vaizin, səh.17

[6] Kənzul-Ummal, hədis 28908

[7] əl-İxtisas, səh.245

[8] əd-Dəvat, səh. 62, hədis153

[9] Nəvadirur-Ravəndi, səh.11

[10] Tənbihul-Xəvatir, c.1, səh.84

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..