Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Fevral 09:30
Şərh Yoxdur
17272

Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür

“Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.” [1]

 

İmam Əli (ə) düşünmək barəsində buyurur:

“Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.” [1]

“Kim düşünsə gözü açılar.”[2]

“Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.” [3]

“Heç bir bilik düşünmək qədər deyil.” [4]

“Düşüncə saf bir güzgüdür.”[5]

 

İmam Həsən (ə) buyurur:

“Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.” [6]

“Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.” [7]

İmam Sadiq (ə) buyurur: “Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.” [8]

 

Düşünmək kimi ibadət yoxdur.

Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: “Bütün insanlardan kənar gəzər və düşünərdi.” [9]

İmam Sadiq (ə) buyurur: “Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.” [10]

“Yalnız ağıl sahibləri ibrət alarlar.”[11]

İmam Sadiq (ə) buyurur: “Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır.” [12]

 

www.ahliman.info

[1] Bəqərə, ayə 219

[2] Nəhcül-Bəlağə, məktub 31

[3] Ğurərul-hikəm, hədis 8917

[4] Nəhcül-Bəlağə, hikmət 113

[5] Nəhcül-Bəlağə, hikmət 5

[6] Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11

[7] Tənbihul Xəvatir, c. 78, səh.52

[8] Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20

[9] Tənbihul-xəvatir, c. 1, səh. 250

[10] əl-Kafi, c. 2, səh. 55, hədis 3

[11] əl-Kafi, c. 2, səh. 55, hədis 5

[12] Biharul-Ənvar, c.71, səh. 327, hədis 22

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..