Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Noyabr 14:22
Şərh Yoxdur
3706

Gözəl əxlaq 10 şeydən ibarətdir – Məsumların (ə) dilindən gözəl əxlaqın nişanələri

Həzrət Peyğəmbərin (s) gözəl sifətləri çox idi, ancaq onların arasından Quran məhz Həzrətin hüsnü əxlaqına diqqət etmiş və onu mədh etmişdir. “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).

 

Bu yolla Quran demək istəyir ki, bütün gözəl sifətlərin başında hüsnü-əxlaq durur. Gözəl əxlaqla bağlı Məsumların (ə) kəlamlarına diqqət edək.

İmam Əli (ə) buyurur: “Necə də çoxdur o əzizlər ki, pis əxlaqlarına görə zəlil olurlar və zəlillər ki, hüsni əxlaqına görə əziz olurlar”.

 

İmam Həsən (ə) buyurur: “Xoş əxlaq hər bir yaxşı işin başlanğıcıdır”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hüsni əxlaq odur ki, əgər müvəffəq olsan razı olasan, əgər olmasan əsəbləşməyəsən”. (Həvzəh/Deyerler)

 

İmam Əli (ə) buyurur: “İnsan gözəl əxlaqı sayəsində oruc tutan namazqılanların dərəcəsinə çatar”.

 

İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaq on şeydir: yəqin, qənaət, səbir, şükür, mülayimlik, gözəl əxlaq, səxavət, qeyrət, şücaət, alicənablıq”.

 

İmam Əli (ə) buyurur: “Məkarim əxlaq odur ki, o kəs ki, səninlə rabitəsini kəsibdir, sən onunla rabitə qurasan. Əgər səni məhrum edibdirsə, sən ona əta edəsən. Əgər sənə zülm edibdirsə, onu bağışlayasan”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanda simiclik və pis əxlaq cəm olmaz”.

 

İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq əlaqələri möhkəm edər”.

 

www.ahliman.İnfo

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..