Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Noyabr 11:55
Şərh Yoxdur
6011

Peyğəmbərimiz (s) qəbirləri necə ziyarət edərdi? – Ayətullah Cəfər Sübhani cavablandırır

Ayətullahil-Uzma Sübhani vəhabilərin qəbirləri ziyarət etməklə bağlı şübhələrinə həm əqli və həm də hədislərə istinad edərək, cavablar vermişdir.

Alim buyurur: “Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra müsəlmanlar bu İlahi insanın qəbrini ziyarət etməyə başladılar. Həzrətin (s) vəfatından bir neçə gün keçməmiş səhrada yaşayan bir ərəb gəldi və Peyğəmbərin (s) qəbrinin qarşısında dayandı bir ayə və iki beyt şeir dedi.

Ayə belədir: “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64).

Sonra özünü qəbrin üstünə atıb bu iki beyt şeiri deyir: “Canım fəda olsun o kəsə ki, sümükləri torpağın altında gizlənmişdir. Bu diyar ona xatir pak və pakizədir. Canım fəda olsun o torpağa ki, səni götürmüşdür və onda iffət və bağışlamaq gizlənmişdir”.

Bu səhra ərəbi iki beyt şeiri ilə həmin ayənin məğzini bəyan etməyə çalışır. Onu göstərmək istəyir ki, bu ayə sadəcə Peyğəmbərin (s) sağ olduğu zamana aid deyildir.

İmam Rza (ə) Məsumların (ə) qəbrini ziyarət etməklə bağlı buyurur: “Hər bir İmam (ə) üçün dostları və davamçılarının boynunda əhd vardır. Bu əhdə kamil vəfanın nişanəsi isə onların qəbirlərini ziyarət etməkdir”.

Qəbirləri ziyarət etməklə bağlı Quranın dəlili.

Allah Təala Peyğəmbərə (s) münafiqlərin cənazə namazlarını qılmağı və qəbirlərinin kənarında dayanmağı qadağan etmişdir. Bununla bağlı buyurur: “Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər”. (“Tövbə” 84).

Allah Peyğəmbəri (s) bu ayədə iki şeydən çəkindirir: münafiqin cənazə namazını qılmağından, onların hər hansı birinin qəbrinin yanında dayanmaqdan.

Bu iki mövzuya görə qadağanı verərək, Allah Təbarəkə buyurur ki, hər iki məsələ müsəlmanlar üçün caizdir. Yəni, Peyğəmbər (s) müsəlmanlar üçün cənazə namazı qıla bilər və qəbirlərinin kənarında dayana bilər. Həm dəfn edə bilər və həm də ziyarət edə bilər.

Qəbirləri ziyarət etməklə bağlı hədislərin nəzəri.

Həzrət Peyğəmbər (s) Bəqi qəbiristanlığına gedər və qəbirləri ziyarət etməyin yollarını həm səhabələrinə, həm dostlarına və həm də həyat yoldaşlarına öyrədərdi. Həzrət (s) buyurur: “Salam olsun sizə, ey müsəlman dəstəsi! Dünyada vədə verilən şey gəlib çatdı. Biz də Allahın istəyi ilə sizə qoşulacağıq. Allahım, Bəqi sakinlərini bağışla!”.

Bəzən də Həzrət (s) belə deyərdi: “Salam olsun sizə, ey sakin olan möminlər və bu diyarın müsəlmanları! Allah bütün möminləri – istər o kəslər ki, əvvəl ölüblər və istərsə də gələcəkdə öləcəklər – hamısına rəhmət etsin. Biz də Allahın istəyi ilə sizə qoşulacağıq”.

Allah Peyğəmbəri (s) bizim üçün nümunə kimi tanıtdığına görə, onun etdikləri hüccətdir. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21)” (Həvzəh/Deyerler).

 

www.ahliman.info

Digər “Məqalələr ” Xəbərləri

Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da... Davamı..

Hacı Əhliman Rüstəmovun rəsmi səhifəsinin Telegram kanalı yaradılıb

Telegram istifadəçiləri olan oxucularımız artıq saytın məlumatlarını Telegram kanalımızda da oxuya bilərlər. İstifadəçilər www.ahliman.info-nun rəsmi Telegram səhifəsinə (t.me/ahliman_info) abunə olmaqla saytımızın bütün... Davamı..

Qurani-Kərimin ərəb dilində olmasının səbəbləri

1. Allah-Təala Quranda buyurur: “Biz elçimizi öz qövmünün dilində göndəririk”. Yəni, Həzrət Peyğəmbərin (s) bir ərəb olaraq ərəbcə danışdığına və yaşadığı mühitin... Davamı..

Quran kimə lənət oxuyur?

Həzrət Peyğəmbər (s) buyurur: “Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’. “Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub əməl etmək... Davamı..

Həzrət Nuhun (ə) zamanında uşaqlar və günahsızlar suda qərq olmuşdurlarmı?

Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların... Davamı..

“8 mart”-ın yalan və gerçək tarixi

8 martın Beynəlxalq Qadınlar Günü elan edilməsi ilə bağlı qərar 1910-cu ildə sosialist qadınların Koppenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bunun... Davamı..

İmam Hüseynə (ə) olan məhəbbət Qurana olan məhəbbətdir

Bütün günlər, aylar, illər Allaha məxsusdur. Lakin Allah bu günlər, aylar içərisində fərqlər qoyub və bu günlərin, ayların bəzilərini üstün qərar verib.... Davamı..

Qurаndа və lüğətdə “imаm” kəlməsi

Lüğət sаhiblərinin dеdiklərinə görə “İmаm” ismi məsdərdir. Hər bir şеyə ki, insаn diqqət еdir və о dа bаş vеrir, оnа itlаq оlunur.... Davamı..