Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyul 15:05
1 Şərh
8923

Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin

Həzrət Məhəmməd  (s) peyğəmbər buyurub:

“Tamah alimin qəlbindən hikməti aparar.”[1]

“Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz.”[2]

“Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.”[3]

 

İmam Əli (ə) buyurub:

“Tamahkarlıq əbədi köləlikdir.”[4]

Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin.[5]

“Tamahkar xarlığa düçar olubdur.”[6]

“Kim tamah libasını əyninə geysə, özünü xar edər.”[7]

“Tamahkardan zəlil adam yoxdur.”[8]

“Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır.”[9]

“Təqva və tamahkarlıq bir yerə sığmaz.”[10]

 

İmam Baqir (ə) buyurub: “Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs.”[11]

İmam Kazım (ə) Hişama nəsihətində buyurur:  “Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.” [12]

İmam Hadi (ə) buyurub: “Tamah çirkin xislətdir.”[13]

İmam Əskəri (ə) buyurub: “Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.”[14]

 

 

Quran yaxşı tamah haqda buyurur:

“Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər.”[15]

“Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?” [16]

 

İmam Səccad (ə) duaların birində buyurur: “Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.”[17]

İmam Səccad (ə) yenə də duada buyurur: “İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram.”[18]

 

www.ahliman.info

[1] Kənzul-Ummal, Hədis 7576

[2] Tənbihul-Xəvatir, c.1, səh.49

[3] Kənzul-Ummal, Hədis 8852

[4] Nəhcül-Bəlağə, hikmət 180

[5] Tənbihul-Xəvatir, c.1, səh.49

[6] Şərhi Nəhcül-Bəlağə, c.19, səh.50

[7] Şərhi Nəhcül-Bəlağə, c.18, səh.84

[8] Ğurərul-Hikəm, Hədis 10593

[9] Şərhi Nəhcül-Bəlağə, c.19,  hədis 41

[10] Ğurərul-Hikəm, hədis 10578

[11] əl-Kafi, c.2, səh.320, hədis 2

[12] Biharul-Ənvar, c.78, səh.315, hədis35.

[13] -d-Durrətul-Bahirə hədis 42

[14] Biharul-Ənvar, c.78, səh. 374, hədis35.

[15] Səcdə, ayə 16

[16] Maidə, ayə 84

[17] Biharul-Ənvar, c.98, səh.83, hədis 2

[18] İqbalul-Əmal c.1, səh.168

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..