Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 May 13:00
Şərh Yoxdur
7411

Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır

Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin əhəmiyyəti və fəziləti

 

“Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.” [1]

 

Həzrət Rəsulullah (s) buyurub:

“Harada olsanız mənə salavat göndərin, çünki sizin salavatınız mənə gəlib çatır.” [2]

Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.” [3]

“Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.” [4]

“Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.” [5]

 

İmam Əli (ə) buyurub: “Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.” [6]

 

İmam Baqir (ə) buyurub: “Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.” [7]

 

www.ahliman.info

[1] Əhzab, ayə 56

[2] Kənzul – Ummal, hədis 2147

[3] Kənzul – Ummal, hədis 2149

[4] Kənzul – Ummal, hədis 2243

[5] Kənzul – Ummal, hədis 2144

[6]  Kənzul – Ummal, hədis 2153

[7] Biharul- Ənvar, c.94, səh. 49, hədis 9

Digər “Əhli-Beyt ” Xəbərləri

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..