Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Avqust 10:19
1 Şərh
6344

İmam Zaman ağa (ə.f) namazı əvvəl vaxtda qılmağımızı istəyir

Namaz – dinimizin sütunudur. Namazı əvvəl vaxtda qılmaq – çox mühümdür və buna aid çox sayda hədis vardır.

Belə ki, İmam Sadiq (ə) buyurur: “Hər bir insan üçün namazı əvvəl vaxtında qılmağın fəzilətini dərk etmək – mal və övladından daha yaxşıdır”.

Həzrət (ə) yenə buyurur:“Namazı əvvəl vaxtda qılmağın axır vaxtda qılmağa fəziləti və üstünlüyü, axirətin dünyaya olan üstünlüyü və fəziləti kimidir”.

İmam Zaman ağamız (ə.f) da bizə namazı əvvəl vaxtda qılmağı həmişə tövsiyə etmişdir. O cümlədən Həzrət buyurmuşdur: “Məlundur, məlundur o kəs ki, sübh namazını ulduzlar aradan gedənə qədər təxirə salar. Məlundur, məlundur o kəs ki, məğrib namazını göydə ulduzlar görünənə qədər təxirə salar”.

Həzrətin (ə.f) bu nurani kəlamından belə nəticə çıxartmaq olar ki, hər bir vacib namazı əvvəl vaxtda qılmamaq və təxirə salmaq insanı İlahi rəhmətdən uzaqlaşdırar.

Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, namazın vaxtını hifz etmək üçün günəşin batmasına və çıxmasına diqqət edər, mən onun üçün rahat ölüm, qəmdən, qüssədən uzaq olmağı və atəşdən nicat tapmağı zəmanət verirəm”.

Bəli, namazı əvvəl vaxtda qılmağın fəziləti haqqında çox danışmaq olar, lakin İmam Zamanın (ə.f) intizarında olanlar gərək bu mövzuya xüsusi diqqət etsinlər. İmama (ə.f) söz versinlər ki, namazı əvvəl vaxtda qılacaq və təxirə salmayacaqlar. (Tebyan/Deyerler)

Avropa ölkələrinin birində təhsil alan bir cavan namazı əvvəl vaxtda qılmağa həmişə cəhd edirdi. O, nəql edir: “Mən kiçik bir məhəllədə yaşayırdım ki, instituta qədər yol çox uzaq idi. Əksər hallarda bu yolu maşınla gedirdim. Sonuncu imtahanın vaxtı gəlib çatdı və bu imtahan mənim bütün zəhmətlərimin səmərəsi olacaqdı. Mən imtahana getmək üçün avtobusa mindim. Yolun yarısını getmişdik ki, maşın dayandı və getmədi. Sürücü yerə endi və maşının kapotunu açıb baxdı. Ancaq maşını işə sala bilmədi. İmtahan vaxtına isə az zaman qalmışdı. Bu yoldan başqa bir nəqliyyat vasitəsi də keçmirdi. Bilmirdim nə edim. Çox nigaran idim və şəhərə qədər yol hələ çox qalmışdı. Öz-özümə düşündüm ki, artıq bütün səylərim boşa getdi və mən bu imtahana çata bilmədim. Anidən xatırladım ki, biz çətinliyə düşən zaman İmam Zamanı (ə.f) çağırırıq. Bu zaman ağlamağa və göz yaşı tökməyə başladım. Dedim: “Ya Bəqiyətullah! Əgər bu gün mənə kömək etsəniz, mən söz verirəm ki, namazımı ömrümün axırına qədər əvvəl vaxta qılacağam”.

Bir müddətdən sonra uzaqdan bir nəfər gəldi və üzünü sürücüyə çevirib, onun dilində dedi: “Nə olub?”. Sürücü dedi: “Bilmirəm, hər nə edirəm, işə düşmür”. O, maşına bir qədər əl gəzdirdi və maşının kapotunu bağlayıb dedi: “Get, maşını işə sal”. Sürücü maşını işə saldı və maşın işlədi. Hamı maşına mindi və maşın getmək istəyən zaman həmin kişi yuxarı qalxdı və məni adımla çağırıb, dedi: “Bizə verdiyin sözü unutma. Namazı əvvəl vaxtda qıl”. Sonra maşından düşüb getdi və mən bir daha onu görə bilmədim”.

Biz də gərək İmam Zamana (ə.f) bu sözü verək. Axı o, ümmətin mehriban atasıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..