Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Avqust 10:42
Şərh Yoxdur
4106

Ayətullah Behcətin şəhid adlandırdığı xanım

Qadınlar evdə uşağa əsəbləşəndə belə səslərini həddən artıq çıxara bilməzlər. Bunu əsas götürərək, qadının qəhqəhə çəkib gülməsi (naməhrəmin eşidəcəyinin təhlükəsi varsa) də hökmən günah iş olacaq.

 

Qurani-Kərimdə qadınlar haqda və onların səsinin naməhrəmlər tərəfindən eşidilməsi barədə belə bir ayə var:

 

“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.”

 

Ayə qadınların danışarkən ciddi olmasını tələb edir. Qadınlar naməhrəm bir kişiyə xoş sözləri lazım olmayan həddə desələr, qarşı tərəfdə mənfi fikirlər oyana bilər. Xüsusilədə qarşı tərəfin ürəyində mərəz olarsa.

 

Şəriət hökmlərinə əsasən qadın namaz qılarkən səsinin naməhrəm bir kişi tərəfindən eşidələcəyi təqdirdə ucaltmamalıdır. Əgər bu məsələyə ibadətdə bu qədər ciddi yanalışırsa, adi həyatda daha önəmli məsələdir.

 

Qadınlar evdə uşğa əsəbləşəndə belə səslərini həddən artıq çıxara bilməzlər. Bunu əsas götürərək, qadının qəhqəhə çəkib gülməsi (naməhrəmin eşidəcəyinin təhlükəsi varsa) də hökmən günah iş olacaq.

 

Ayətullah Behcətin qonşusu nəql edir:

 

“Xanımım rəhmətə gedəndə Ayətullah Behcət də bu mərasimdə iştirak etdi, hərəmə qədər gəldi, namazını da qıldı və hətta bütün işlərini bir kənara qoyub qəbirstanlığa qədər gəldi.

 

Ayətullah Behcətdən soruşdular ki, hansı səbəbdən dolayı bu xanıma bu qədər ehtiram etdiniz?

 

– Ayətullah Behcət deyir ki, 40 ildir bu ailə ilə qonşuyam, amma hələ indiyə qədər o xanımın səsini bir dəfə də olsun eşitməmişəm. Etiqadım vardır ki, bu xanım şəhidlərdəndir.” (islaminsesi)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi... Davamı..

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.[1] Çünki duada Rəbbə... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..