Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Avqust 12:53
Şərh Yoxdur
5238

Yer kürəsinin yaranması ilə bağlı İslamın nəzəri

“Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və Yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik]. Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!”. (“Ənbiya” 30).

Bir nəfər bu ayə ilə bağlı İmam Sadiqə (ə) sual verir və İmam (ə) cavabında buyurur: “Allah Təalanın ərşi suyun üzərində idi. Su da havada qərar tuturdu. Havanın həddi yox idi. O zaman bu ikisindən savayı xilqət yox idi. Su da həmin zamanda Fəratın dadlı bulağı idi. Allah yeri xəlq etməyi iradə edən zaman küləyə əmr etdi ki, suyu bir-birinə vursun. Sıxılmış dalğa halına düşdü və Kəbə evinin məkanında cəm oldu. Sonra onu sıxılmış dağ kimi qərar verdi. Sonra torpağı onun altından meydana gətirdi. (Tebyan/Deyerler)

O zaman ki, Allah səmanı xəlq etməyi iradə etdi, küləklərə əmr etdi ki, dənizləri bir-birinə sıxsın. Ondan bir-birinə sıxılmış dalğalar əmələ gəldi. Ortasından yanar buxar meydana gəldi. Sonra bu yanar buxardan səmanı xəlq etdi. Orada ulduzları, Günəşi, Ayı qərar verdi. Tədricən səmadan yağış yağdı, bitkiləri, varlıqları xəlq etdi”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..