Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Noyabr 09:00
Şərh Yoxdur
4655

İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti

İnsanlar arasında barışıq yaratmağın Uca Allah tərəfindən böyük mükafatı vardır. Bu barədə Quran ayələrində Allah – Təala buyurur:

“Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.” [1]

“Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik.”[2]

 

Barışıq və sülh yaratmağın əhəmiyyəti haqqında Məsumlardan (ə) gələn hədislərin bir qisminə nəzər salaq:

Həzrət Məhəmməd (s) buyurub: “Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir.[3]

İmam Sadiq (ə) buyurub: “İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.”[4]

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurmuşdur: “Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat.” [5]

 

www.ahliman.info

[1] Hücurat, ayə 10

[2] Nisa, ayə 114

[3] Kənzul-Ummal, hədis 5480

[4] əl-Kafi, c.2, hədis 209 , hədis1

[5] əl-Kafi, c.2, hədis 209 , hədis3

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..