Son günlər Bakının Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə yerləşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Bu barədə “Hacı Cavad” məscidinin dini icmasından məlumat verilib.
Bildirilib ki, məscid ətrafında evlərin və həyətlərin sökülməsinə baxmayaraq “Hacı Cavad” məscidinin sökülməsindən söz gedə bilməz və məscidin söküntüsü heç bir plana salınmayıb.
Qeyd edək ki, 1883-cü ildə hacı Cavad tərəfindən tikintisinə başlanılan məscid 1887-ci ildə istifadəyə verilib. Məscidin sahəsi 250 m2 təşkil edir və burada eyni vaxtda 300-dən çox insan ibadət edə bilər.