Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 İyul 13:45
Şərh Yoxdur
3603

Müsibətdə özünü aparmaq qaydası

Həzrət Məhəmməd (s) buyurub: "Şivən qoparmaq cahilliyyətin işidir"

Səbirsizlik müsibətin əcrini aradan aparar. Hətta hədislər buyurur ki, əgər müsibət görən insan əlini dizinə vursa və ya sağ əlini sol əlinin üstündə kilidləsə, müsibətin əcrindən məhrum olar.

Həzrət Məhəmməd (s) buyurub: “Şivən qoparmaq cahilliyyətin işidir.”[1]

 

“Müsibətləri, xəstəlikləri və sədəqə verməyi gizlətmək yaxşılığın xəzinələrindəndir.”[2]

 

Aişə: “İbrahim dünyadan köçəndə Peyğəmbər (s) göz yaşları mübarək yanaqlarına axana gədər ağladı. Dedilər: “Ey Allahın Rəsulu, siz ağlamağı qadağan edir, amma özünüz ağlayırsınız?” Həzrət (s) buyurdu: “Bu ağlamaq deyil, bu rəhm etməkdir. Kim rəhm etməsə, ona rəhm olunmaz.”[3]

 

İmam Əli (ə) buyurub: “Peyğəmbər (s) buyurmuşdur: İki səs lənətlənib və Allah onlara nifrət edir: müsibət vaxtı ahüzar edib şivən qoparmaq və nemət vaxtı (məstliyindən) səslər çıxarmaq. Yəni, nalə çəkmək və mahnı oxumaq.[4]

 

www.ahliman.info

 
[1]  Biharul-Ənvar, c.2, səh. 103 , hədis50

[2] Biharul-Ənvar, c.2, səh. 103 , hədis50

[3] Əmali-Tusi, səh. 388 , hədis850

[4] Dəaimul-İslam, c.1, səh. 227

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..