Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyul 21:05
Şərh Yoxdur
8003

İyul ayının 6-sı Fitr bayramıdır. Bayramınız mübarək. Bayram gecəsinin və gününün əməlləri

Bu gecə Şəvval ayının hilalı göründü.

Ayətullah Xameneinin nəzarətində olan “İstihlal İdarəsi”nin (ayı təyin edən-red )  verdiyi məlumata görə, İyul ayının 6-sı Fitr bayramıdır.

İstihlal mərkəzindən Şəvval ayı hilalının müşahidəsi üçün ölkənin müxtəlif nöqtələrinə 150 qrup göndərilib.

Bu müqəddəs bayram münasibəti ilə saytımızın kollektivi bütün müsəlmanları təbrik edir, həyatınızda sizə müvəffəqiyyətlər arzulayır. Allah – Təala  bütün ibadətlərinizi qəbul etsin.


Qeyd edək ki, Sabah “Hacı Cavad” məscidində saat 08:30 – da bayram namazı qılınacaq.

 

Bayram gecəsinin və gününün  mühüm əməlləri aşağıdakılardır:

 

1. Bayram gecəsi.

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyyə edilir:

1. Müstəhəb qüsl almaq;

2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;

3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq:

“Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə”.

4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;

5. 10 dəfə bu duanı oxumaq:

“Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti”.

(Qeyd: Bu duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).

 

2. Bayram günü.

1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;

2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək;

3. Bayram namazından qabaq iftar açmaq.

 

3. Fitrə zəkatı.

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

Fitrə zəkatının: Miqdarı: –  3 kq;

Cinsi: – arpa, buğda, düyü, xurma və bu kimi ərzaq məhsulları və ya bunların müqabilində pul. Bu il üçün adambaşı fitrə zəkatı ən azı 3 manat  hüdudunda götürülə bilər;

Verilmə vaxtı: – bayram axşamı şam namazından bayram günü zöhr namazı vaxtınadək. Bayram namazını qılan şəxs bayram namazını qılmamışdan əvvəl fitrə zəkatını verməsi daha yaxşıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..