Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Aprel 00:28
Şərh Yoxdur
3332

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Üçüncü hicri ilinin Ramazan ayının 15-də Əmirəl-möminin (ə) evində ilk övlad dünyaya gözlərini açdı. Özü ilə bütün ev əhlinə şadlıq və sevinc gətirdi.

O zaman ki, İmam Həsən (ə) dünyaya gəlir, Həzrət Peyğəmbər (s) səfərdə idi. Həzrət (s) səfərdən qayıdan zaman ilk olaraq, qızının evinə baş çəkərdi. Körpəni onun yanına gətirən zaman üzünü Əmirəl-mömininə (ə) çevirib buyurdu: “Ona ad qoymusunuzmu?”. İmam Əli (ə) buyurdu: “Mən ona ad qoymaqda sizi qabaqlamaram”. Həzrət Peyğəmbər (s) buyurdu: “Mən də ona ad qoymaqda Allahı qabaqlamaram”. Bu zaman Cəbrayil (ə) nazil olur və Allahın təbrikini ona çatdırır və deyir: “Allah sənə əmr edir ki, Harunun oğlu Şəbərin adını ona qoyasan”. Həzrət (s) buyurur: “Mənim dilim ərəb dilidir”. Cəbrayil (ə) deyir: “Adını Həsən qoy”. Həzrət Peyğəmbər (s) bu vəhy ailəsinin ilkini Həsən adlandırır.

İmam Həsən (ə) elə bir körpə idi ki, Mədinədə heç bir körpə nəsəb cəhətdən ona çata bilməzdi. Babası Peyğəmbər (s) idi. Anası Həzrət Zəhra (s.ə) idi, atası isə Peyğəmbərin (s) qardaşı və vəsisi Əmirəl-möminin (ə) idi. Heç kəs o zamana qədər İmam Həsən (ə) kimi bu cür pak və əzəmətli nəsəbə malik olmamışdır.

Həzrətin (ə) künyəsi Əbu Muhəmmədir. Ləqəbləri isə Zəki, Müctəba, Seyyid, Təqi, Nəqi, Təyyib, Vəlidir. Ləqəblərindən ən məşhur olanı Müctəba və Təqidir.

İmam Həsənin (ə) həyatı boyu ən sevicnli və xoşbəxt anları babası ilə keçirtdiyi zamanlar olmuşdur. O, 7 il 6 ay babasını görə bilmişdir. Həzrətin (s) sonsuz məhəbbət və sevgisindən bəhrlənmişdi. Peyğəmbərin (s) bu əziz nəvəsinə olan sevgisi o həddə idi ki, onu reyhanə adlandırırdı.

Səhabələrdən biri Həzrətdən soruşur ki, siz o iki nəvənizi çox istəyirsiniz? Həzrət (s) cavabında buyurur:“Onları necə çox istəməyim ki, hər ikisi dünyada olan iki xoş ətirli güldürlər. Mən də o ikisini iyləyirəm”.

İmam Həsən (ə) sima və bədən quruluşu cəhətdən Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən insan idi. O, dünyaya gələn zaman da Həzrət Peyğəmbərə (s) çox bənzəyirdi və bu bənzərlik sonralar əməl və rəftarlarında da özünü göstərdi. Nurani və cazibəli üzünün olması ilə yanaşı danışığı və yol getməyi də Həzrət Peyğəmbərə (s) çox bənzəyirdi. Yetimlərə nəvaziş etməsi, gözəl əxlaqı da babasının yadigarı idi.

İmam Həsən (ə) çox abid və fazil bir insan idi. İmam Səccad (ə) əmisi barəsində belə buyurur: “Həsən ibn Əli (ə) öz zamanında hər kəsdən daha abid, daha zahid və fəzilətli idi. Nə zaman həccə getsəydi, piyada gedərdi. Çox zaman ayaqyalın gedərdi. Nə zaman ölümü yada salsa idi, ağlayardı. Nə zaman Qiyaməti yada salsaydı, gözlərindən yaş axıdardı. Nə zaman Siratı düşünsə idi, ağlar olardı. Nə zaman namaza dayansaydı, ilan sancan kimi taqətsizlik edər və Allahdan behişti istəyərdi. Cəhənnəm atəşindən Ona pənah aparardı”.

İmam Həsən (ə) Allaha xüsusi diqqət edərdi. Nə zaman dəstəmaz alsaydı, rəngi qaçar və titrəməyə başlayardı. Soruşanda ki, niyə beləsiniz? Deyərdi: “O kəs ki, Allah dərgahında dayanar, bundan fərqli durum uyğun deyildir”.

İmam Həsənin (ə) şücaəti barəsində elə bu kifayətdir ki, o, döyüşlərin şiri Əmirəl-möminin (ə) oğlu idi. İmam Həsən (ə) hələ kiçik yaşlardan müharibələrdə olmuşdur və atasından cəngavərliyi öyrənmişdi.

O, çox səbirli bir insan idi. Nə zaman çətinliklə üzləşsəydi, özündən çıxmazdı və səbir nümayiş etdirərdi. Şamdan olan bir kişi Müaviyyənin (lən) təhriki ilə ona söyüş söyür. Sakit olan zaman İmam (ə) ona buyurur: “Güman edirəm ki, bu şəhərdə qəribsən. Əgər mənzilə ehtiyacın varsa, sənə mənzil verim. Əgər mala ehtiyacın varsa, onu sənin ixtiyarında qoyum. Əgər acsansa – doyuzdurum, əgər başqa ehtiyacın varsa – yardım edim”. Şamlı kişi əməlindən peşman olur və ağlamağa başlayır. O, deyir: “Sən və atan mənim üçün ən məbus insanlar idiniz, indi isə ən sevimli insanlarsınız”.

İmam (ə) heç bir yoxsula “yox” cavabını verməzdi. Ona görə də Həzrətə (ə) “Ali-Tahanın kərimi” deyirdilər.

Salam olsun sənə, ey Fatimənin (s.ə) gözünün nuru!

Salam olsun sənə, ey behişt cavanlarının seyyidi!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..