Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Aprel 10:00
Şərh Yoxdur
5752

İmam Sadiqin (ə) oruc tutanlara tövsiyəsi

İmam Sadiq (ə) gözəl bir hədisdə oruc tutanlara belə tövsiyələr vermişdir: “Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf görəsən. Halın təvazökar, müti, xar halda olsun. Halın mövlasından qorxan qulun halı kimi olsun. Qəlbin eyiblərdən pak və batinin hiylə və məkrdən təmiz olsun. Allahdan qeyrisindən bezar olasan. Orucunda Allah üçün olan vilayətini xalis edəsən. Qəhhar Allahdan qorxasan. Can və bədənini Ona məhəbbət və zikr üçün ayırasan. Bədənini Onun əmrlərinə əməl etmək üçün və o şeyə ki, səni dəvət etmişdir – hazır edəsən. Əzalarını xata və müxalifətlikdən, xüsusilə də dilini mücadilə etməkdən və and içməkdən saxlayasan.

Əgər sənin üçün bəyan olunanlara əməl etsən, həqiqətən oruc tutan üçün haqq olan şeyə əməl etmiş olarsan. Əgər bunlarda səhlənkarlıq etsən, orucunun fəzilətindən azaltmış olarsan”.

Ona görə də deyə bilərik ki, oruc tutan hər bir insanın vəzifələri vardır və İmam (ə) bu vəzifələri bizə təqdim edir və onları yerinə yetirməyimizi tövsiyə edir. Əgər yerinə yetirsək, o zaman orucun haqqını vermiş olarıq. Əks halda, orucumuzdan faydalana bilmərik.

Hər kim özünü axirətə hazırlayarsa, bütün diqqəti axirət ehtiyatı toplamaqda olar. Qəlbi müti və təvazökar olar və Allahdan qeyrisini düşünməkdən çəkinər. Çalışar ki, elə əməllər yerinə yetirsin ki, Allaha daha çox yaxınlaşa bilsin. Xata və günahlardan çəkinsin. Bütün cismi və ruhu ilə Allahı sevsin və Onun zikrlərini yerinə yetirsin. Çünki oruc tutan hər bir bəndənin tək hədəfi vardır – Allaha yaxınlaşmaq və Onun rizasını qazanmaq. Əgər oruc tuturuqsa, həqiqi oruc tutaq və müqərrəbinlərdən olaq.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..