Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Oktyabr 17:28
Şərh Yoxdur
7479

İmam Əli (ə) Cəmkəran məscidi barədə xəbər vermişdir

Şeyx Səduq Əmirəl-möminindən (ə) nəql edir ki, İmam (ə) Yəmaninin oğluna xitab edərək buyurur: “Ey Yəmaninin oğlu! Zühurun əvvəllərində Ali-Muhəmmədin (ə) Qaimi (ə.f) Qum adlandırdıqları şəhərdə qiyam edər və insanları haqqa dəvət edər. Şərq və Qərbdə olan bütün xəlqlər həmin şəhəri qəsd edərlər. İslam yenilənər və hər kim düşmənin qorxusundan gizlənər, bayıra çıxar. Heyvanlar və quşlar öz yuvalarında amanda olaraq, yatarlar. O şəhərdə həyat bulağı zahir olar və həmin yerdə haqq zahir olar.

Ey Yəmaninin oğlu! Bu müqəddəs torpaqdır ki, ləkədən pakdır. Allah Təaladan istəmişdir ki, özünün ən yaxşı xəlqini orada sakin etsin. Duası yerinə yetdi və bu torpaqda böyük qəsr inşa edərlər. O qəsr şöhrətli Roma malikinin sahibindəndir. Bu torpaqdan İbrahim Xəlil (ə) qoyun gətirir ki, qurban etsin. Bu torpaqda Roma əhlinin minlərlə bütü sındırılmışdır. Bu torpaqda haqq nuru parlamışdır. Bu torpaqda müşk iyi hiss edərlər. Allah-Təala Beytul-ətiqi bu şəhərə göndərmişdir. Tikililər bu torpaqda olar. Mənzil və torpaq sahələri burada bahalı olar. Sanki torpaq inək dərisindəndir. Bayrağını bu ağ dağa sancarlar. Məscidin cənubunda köhnə kənd və zərdüştlərin köhnə qəsri vardır.

Onu Cəmkəran adlandırarlar, bir minarənin altından o məscid üzə çıxar. Onun yaxınlığında Gabrani atəşxanası vardır. İmam (ə) bərraqa minər və yaxın mələklər, ərşi həml edənlərlə dolanar. Adəmin (ə) məntiqi, Xəlilullahın (ə) mülayimliyi, Həzrət Davudun (ə) hikməti, Musanın (ə) əsası, Həzrət Süleymanın (ə) üzüyü, Talutun tacı onunla olar. Onun üzərində hər bir peyğəmbərin (ə), vəsinin, mömin və təkallahlı olanın adı yazılmışdır”.

Bu nurani hədisdən göründüyü kimi, İmam Əli (ə) Cəmkəran məscidindən xəbər vermişdir. Həzrət (ə) buyurur ki, məscidin cənubunda köhnə kənd və ağ dağ vardır. Tarixə nəzər salsaq, görərik ki, Qumda hədisdə adı çəkilən belə bir qəsr mövcud olmuşdur.

Cəmkəran məscidinin fəziləti üçün elə bu kifayətdir ki, İmam Əli (ə) ondan xəbər vermişdir.

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..