Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Sentyabr 09:00
Şərh Yoxdur
9296

İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?

Qurani-Kərimdə buyurulur: “Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad)On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar”. (“Fatir” 10).

İmam Hüseyn (ə) Kərbəlada qiyam edərək, izzət tələbində olmuşdur. Onun şüarı bu idi: “Heyhat minnaz-zilləh”.

İmam Hüseynin (ə) başqa Məsum İmamlar (ə) kimi Qurana çox bənzərlikləri vardır. O cümlədən:

1. Quran insanların üzərində olan hüccətdir. İmam Hüseyn (ə) də insanlar üzərində olan Allahın hüccəti idi.

2. Quran oxumaq və ona baxmaq ibadətdir. İmam Hüseynin (ə) məzlumluğuna ağlamaq da ibadətdir.

3. İmam Hüseynin (ə) ziyarəti qəm və qüssə ilə bir yerdə olmalıdır. Quranın da xəbərdarlıqlarını qəm və qüssə ilə oxumaq lazımdır.

4. Quran – şəfa mənbəyidir. İmam Hüseyn (ə) türbəti də insanlara şəfa verir.

5. Quran – əziz kitabdır. İmam Hüseyn (ə) də həm davamçıları və həm də qeyriləri tərəfindən seviləndir.

6. Hər ikisi də bəşərin hidayət mənbəyidir.

7. Hər ikisi haqqın nurudur.

8. Hər ikisi də şəfaət edəcəkdir.

9. Hədislərimiz buyurur ki, Quran – kəlamların seyyididir. İmam Hüseyn (ə) də şəhidlərin seyyididir.

10. Quran əzəməti ilə tanıdılmışdır. Həzrət Hüseyn (ə) də əzəmət sahibi idi.

11. Quran nicat bayrağıdır, İmam Hüseyn (ə) də nicat gəmisidir.

12. Heç biri aradan getmir və həmişəlik qalıcıdır.

13. Hər ikisi də bərəkətə malikdir.

14. Hər ikisi də yolunu azmaqdan uzaqdır.

15. Hər ikisi də kəramətə malikdir.

16. Hər ikisi də aşkar dəlildir.

17. Quranı hüzurla oxumaq lazımdır, İmam Hüseynin (ə) ziyarətini də hüzurla, yavaş addımlarla etmək lazımdır.(Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..