Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 May 09:30
2 Şərh
8297

Nə üçün Allah orucu 30 gün vacib edib?

Bu sualı bir yəhudi alim İslam Peyğəmbərindən (s) soruşub. Cavabında isə həzrət belə buyurub: “Adəm Peyğəmbər (ə) qadağan olunmuş meyvəni yeyəndə onun əsəri bədənində 30 gün qalıb. Buna görə də Allah onun övladlarına 30 gün aclığı və susuzluğu vacib edib. Gecə vaxtı yemək icazəsi isə (iftar və imsaq) Allahın onlara etdiyi bir lütfdür.

 

Orucun vacib olmasının səbəbi

Qurani-Kərim orucun insanların təqvasının yoxlanılması üçün vacib edildiyini deyir.

Həzrət Fatimeyi Zəhra (s.ə) “Fədəkiyyə” xütbəsində  buyurub: “Oruc insanların ixlasını yoxlamaq üçün vacib olub.”

Orucluqda insanın ixlası yoxlanılır. Oruc tutmaq gizli ibadət sayıldığı üçün heç kim bəndənin həqiqətdə oruc tutub tutmadığını bilməz. Çünki İnsan camaata özünü oruc tutan kimi göstərsə də, tənhalıqda orucu poza bilər.

Allahın əmrinə itaət insandan təkəbbür və qüruru uzaq edib, onu Allaha tərəf qaytarar.

 

Nə üçün oruc başqa aylarda deyil, məhz Ramazan ayında vacib olub?

İmam Rza (ə) bu sualın cavabında belə buyurub:

“Allah Qurani-Kərimi Ramazan ayında nazil etdiyi üçün orucu da məhz bu ayda vacib edib.”

Bu ayda haqla batil ayrıldı.

Məhz Ramazan ayında İslam Peyğəmbəri (s) peyğəmbərlik xəbəri aldı.

Bu ayda min aydan üstün olan bir gecə – Qədr gecəsi mövcüddur

 

Ramazan ayının digər adları

Həzrət Muhəmməd (s) buyurub: “Ramazan ayı “Allahın ayı”, “Bərəkət ayı”, “Tövbə ayı”, “Məğfirət ayı” və “Atəşdən azad olma ayı”dır.

 

Ramazan ayını “Ramazan” adlandırılmasının səbəbi

İslam Peyğəmbəri (s) buyurub: “Bu ay insanın günahlarını yandırdığı üçün Ramazan adlandırılıb”.

Ramazan sözünün luğət mənası “isti daş” deməkdir. İsti daş insanın ayağını yandırdığı kimi,  Ramazan ayı da onun günahlarını yandırır.

 

Ramazan Allahın adıdır 

Ramazan adı həm də Allahın adlarından biri hesab edildiyi üçün “Şəhr” (ay) kəlməsi ilə işlənilməlidir.

İmam Baqir (ə) buyurub: “Ramazan Allahın adlarından biridir. Ona görə deməyin ki, Ramazan gəldi, Ramazan getdi. Allahın adı olduğu üçün o nə gəlir, nə də gedir. Ay sözü bir sözə əlavə edilib ki, Alahın adlarından biridir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..