Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 İyun 08:38
3 Şərh
7908

Duanın yerinə yetməsi üçün İmam Zaman ağadan (ə.f) mübarək tövsiyə

İmam Zaman ağa (ə.f) buyurur: “Hər kimin Allah Təaladan istəyi və hacəti olarsa, cümə günü gecə yarısı qüsl alsın və Allaha münacat etmək üçün namaz yerində qərar tutsun”.

 

Hədisin şərhi.

Əbu Abdullah Hüseyn ibni Muhəmməd Bəzrufi deyir: “İmam Zaman ağa (ə.f) bir məktub yazır ki, orada deyilirdi: “Hər kimin Allahdan hacəti olarsa, gərək cümə gecəsi, gecə yarısından sonra qüsl alsın və namaz yerinə gəlsin. İki rükət namaz qılsın və o zaman ki, “iyyəkə nəbudu və iyyəkə nəstəin”ə çatır, onu 100 dəfə təkrar etsin. Sonra “Həmdi” tamamlasın və bir dəfə “Tövhid” surəsini oxusun. Sonra rüku və səcdə yerinə yetirsin və hər birində yeddi dəfə təkbir desin. İkinci rükəti də birinci rükət kimi yerinə yetirsin. Namazın sonunda o duanı desin ki, “Əl-Misbah” kitabının” 36-cı bölməsində verilmişdir. Dua etdikdən sonra səcdəyə getsin və Allaha yalvarsın. Sonra Allahdan hacətini istəsin. Kişi və qadından hər kim belə edərsə və duasını ixlasla deyərsə, duanın yerinə yetmə qapıları üzünə açılar. Hacəti hər nə olursa-olsun yerinə yetər, o hal istisnadır ki, dua – qohumluq əlaqələrinin kəsilməsi ilə bağlı olar”.

 

Bu gözəl hədisdən bir neçə nəticə çıxartmaq olar.

1. Müqəddimə olmadan Allahdan hacət istəməyək. Çünki ola bilsin ki, bu hacətə mane olan amillər olsun. Bu maneələrdən biri – günahdır.

2. İstiğfar etmək günahların bağışlanması və duanın yerinə yetməsi üçün kifayət deyildir. Tövhidi etiraf edib zikr və təsbih etmək – duanın qəbul olmasına təsir göstərər.

3. Duanın yerinə yetməsində xüsusi zamanların təsiri vardır. İmam (ə.f) tövsiyə edir ki, hacətini cümə gecələrində edəsən. Bu zaman başqa zamanlardan daha fəzilətlidir. Namaz yeri isə mömin üçün ən üstün məkandır və hacəti namazdan sonra istəmək onun yerinə yetməsi üçün zəminə hazır edər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..