Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Avqust 17:00
Şərh Yoxdur
12532

Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər

Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:

 

1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.

 

2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.

 

3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır.

 

4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”.

 

5. Beyət mərasimində danışacaqdır. Öz kəlamını başlayacağı ilk cümlə bu ayə olacaqdır: «Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir”. (“Hud” 86). Sonra deyəcəkdir: “Mən Baqiyətullaham”. Bu zaman 313 nəfər onunla beyət edər və başqaları da beyət edərlər.

 

6. Ədaləti bərpa edər. İmam Rza (ə) buyurur: “O zaman ki, beyət mərasimi sona çatar, Bəni-Şeybə tayfasının sorağına gələr və onların əllərini kəsər. Çünki onlar Allah evinin oğrularıdırlar. Əl və ayaqlarını kəsərək, Məkkədə dolandırar. Carçi car çəkər: “Bunlar Allah evinin oğrularıdırlar”. Həzrət bu işi Qureyş qəbiləsi üçün də yerinə yetirər”.

7. Əsil tərəfdaşlarının sayı on minə çatar.

8. Məkkə üçün hakim təyin edər.

9. Məkkədən çıxıb Mədinəyə yollanar.

10. Bəzi məscidləri islah edəcəkdir. Əmirəl-möminin (ə) buyurur: “Şübhəsiz ki, Həzrət Qaim (ə.f) qiyam edən zaman Kufə məscidini xarab edəcək və qibləsini islah edəcəkdir”.

 

11. Cəzalandırmaq. İmamın (ə.f) qiyamındakı hədəf ədaləti bərpa etmək olduğu üçün, müharibələr edəcək. İmam Sadiq (ə) buyurur: “Bəziləri batil düşüncələrinin təsirindən bizim Qaim (ə.f) zühur edən zaman Həzrətin qarşısında dayanacaq və onunla vuruşacaqlar”. İmam Baqir (ə) buyurur: “Həzrət beyət almaq üçün ordusunu dünyanın hər yerinə göndərəcəkdir. Hər kim beyətdən boyun qaçırtsa, məhv edəcəkdir”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..